Dillər

HEYDƏR CAMALIN OĞLU AFRİKADA ÖLDÜRÜLDÜ

2018-07-31-21-51-04heyderc.jpg

Mərkəzi Afrika Respublikasında (MAR) 3 rusiyalı jurnalistin öldürüldüyü barədə məlumat yayılıb.

Axar.az "Assoşeyted Press”ə istinadən xəbər verir ki, Sibut şəhərində naməlum şəxslər tərəfindən öldürülən jurnalistlərin üzərində "İzvestiya” qəzetinin vəsiqələri olub.

Rusiyanın MAR-dakı səfirliyi xəbəri təsdiqləyib, lakin öldürülən şəxslərin 2-də vəsiqələrin aşkarlandığını bildirib.

Faktla bağlı araşdırma aparılır.

***

Rusiya mediasının məlumatına görə, öldürülənlər arasında Azərbaycan əsilli məşhur filosof Heydər Camalın oğlu Orxan Camal da var.

O, digər iki jurnalistlə sənədli filmin çəkilişlərində iştirak edirmiş.

***

Öldürlən digər 2 jurnalist də bunlardır: Aleksandr Rastorquyev və Kiril Radçenko

Əlaqəli xəbərlər