Dillər

Lerikdə meşə yanır

yangin-mese.jpg

Lerikdə meşəlik ərazidə yanğın başlayıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) "Report"a bildirilib ki, Lerik rayonunun Günəşli kəndi yaxınlığında meşəlik ərazidə (mürəkkəb relyefli yüksək dağ massivi) yanğın baş verib. Yanğının söndürülməsi işlərinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri, Cənub Regional Mərkəzinin şəxsi heyəti, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə təsərrüfatı idarəsinin əməkdaşları və yerli sakinlər cəlb edilib. Yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Əlavə məlumat veriləcək.

 

Əlaqəli xəbərlər