Dillər

LERİK RAYONUNUN ORAND KƏNDİNDƏ FACİƏ

orand

Lerik rayonunun Orand kəndində dəhşətli faciə baş verib.

Kənd sakini Əhliman Həbibulla oğlu Mustafayevin evinin üzərinə düşən qar yığınının nəticəsində həyat yoldaşı Mustafayeva Şövkət Mirzəməmməd qızı, gəlini Mustafayeva İlahə Vüqar qızı və nəvələri Mustafayeva Zəhra Qasım qızı və Mustafayev Uğur Qasım oğlu dünyasını dəyişiblər. Digər nəvəsi Mustafayev Elcan Zöhrab oğlu isə kənd camaatı tərəfindən qar ucqununun altından çıxarılıb və ona ilk yardım göstərilib.
Aldığımız məlumata görə, Orand kəndinə 1,5 metrə yaxın qar yağıb və bu səbəbdən polis və xilasedicilər hələ ki, hadisə yerinə çatmayıblar.
Faciədə həlak olanların yaxınlarına dərin huznlə baş sağlığı veririk. Allah rəhmət eləsin!

Əlaqəli xəbərlər