Dillər

32 nəfər eyni anda özünü yandırdı

5b1d1-32kishi.jpg

Cənubi Afrikanın paytaxtında 32 nəfər eyni anda özünə od vuraraq Ginnesin Rekordlar Kitabına düşməyi bacarıb.

PRESSDAY.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, təhlükəsizliyin yüksək səviyyədə təşkil olunduğu rəsmi sınaqda, hər adamı bir yardımçı müşayiət edib və ehtimal olunan bir çatışmazlıq halında müdaxiləyə hazır olub.

Lakin rekord sınağında qorxulan olmayıb və bu 32 nəfər, 2013-ci ildə ABŞ-ın Ohayo ştatına bağlı Klivlend şəhərində 21 nəfərin iştirakı ilə gerçəkləşən rekordu bir addım irəli apararaq Ginnesin Rekordlar Kitabına girdi.

Əlaqəli xəbərlər