Dillər

Bakıda baş verən böyük yanğınla bağlı yeni faktlar...

yangin0.jpg

Bakı şəhəri, Nizami rayonu, Mikayıl Əliyev küçəsindəki cərimə meydançasında bu gün günorta saatlarında baş verən yanğın tamamilə söndürülüb.

Yanğınsöndürən maşınlar ərazini tərk etdikdən sonra hadisənin baş verdiyi meydançaya yalnız avtomobil sahibləri buraxılıb.

Avtomobil dayanacağının gözətçisi bildirdi ki, hadisəyə zibil qutularındakı yanğın səbəb olub. Gözətçi onu da söylədi ki, ətrafın kol-kos olması yanğının qısa zamanda yayılmasına yol açıb.

Lakin yanğınsöndürən maşınlar vaxtında hadisə yerinə çatdığı üçün yanğın daha geniş ərazini əhatə etməyib.

Avtomobil sahiblərinin sözlərinə görə, 40-a yaxın maşın yanıb.

Hadisənin şahidləri isə bildirdilər ki, yanğın qısa zamanda söndürülməsəydi, ətrafdakı evlərə də keçə bilərdi.

Bakı Şəhər Yol Polisi İdarəsi qısa müddətdə zərərçəkənlərə dəymiş ziyanın ödəniləcəyini bildirib.

Cavanşir ABBASLI,
Musavat.com,
Fotolar müəllifindir.

 

Əlaqəli xəbərlər