Dillər

Serxio Ramosu öldürmək istəyirlər – İşə polis qarışdı

serxioramos.jpg

“Real”ın futbolçusu Serxio Ramos ölümlə təhdid edilir.

Fanat.Az “Radio Cope”yə istinadən zəbər verir ki, ulduz futbolçu özünə və ailəsinə gələn təhdidlər səbəbindən telefon nömrəsini dəyişib.

“Liverpul”la Çempionlar Liqasının finalında misirli Məhəmməd Salahı qəsdən zədələməkdə günahlandırılan Ramos artıq məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edib.

Futbolçu xüsusən sosial media vasitəsi ilə çox sayda ölüm təhdidi alır. Bu səbəbdən o, sosial mediadan uzaq durmağa çalışır.

Həmçinin Misir mətbuatı da ulduz futbolçunu hədəfə alıb, onunla bağlı sərt yazılar yayımlamaqla azarkeşlərin futbolçuya qarşı nifrətinin daha da artmasına səbəb olub. Hətta bəzi ölkələrdəki İspaniya səfirliklərinin qarşısında etiraz aksiyaları belə keçirilib.

Əlaqəli xəbərlər