Dillər

DÇ-2018: Rusiya – Misir - 3:1

185b294a7bef1c0.jpg

Rusiyadakı futbol üzrə dünya çempionatında günün son görüşü oynanılıb. APA-nın xəbərinə görə, A qrupunun açılış matçında Səudiyyə Ərəbistanını darmadağın edən Rusiya ilk ciddi sınağını Misirə qarşı verib. Məhəmməd Salahın yoxluğunda Uruqvaya yenilən Misir yığması Salahın varlığında da qələbəyə həsrət qalıb. Ruslar 3:1 hesablı rahat qələbə qazanaraq 1/8 finala bir addım da yaxınlaşıblar. Bunun üçün isə sabah Uruqvayın Səudiyyə Ərəbistanına yenilməməsi bəs edəcək.

Dünya çempionatı

 

19 iyun
II tur

 

A qrupu

 

Rusiya – Misir - 3:1

 

Qol: Ahmet Fathi, 47 (avtoqol), Çerışev, 59, Zyuba, 62 - Salah, 72 (pen.)

 

Hakimlər: Enrike Kaseres, Eduardo Kardoso, Xuan Zorrilla (hamısı Paraqvay), Cüneyt Çakır (Türkiyə)

 

Sankt-Peterburq, Şəhər stadionu

Əlaqəli xəbərlər