Dillər

Üsamə Bin Ladenin anası 17 il sonra sükutu pozdu: "Oğlumun..."

benladen-anasi.jpg

Üsame Bin Ladenin anası "The Guardian" agentliyinə müsahibə verib. İslaminSesi həmin məqaləni sizə təqdim edir.

Jurnalist onu oğlu Üsamə Bin Ladenin fotosu qoyulmuş stulun yanındakı kresloda oturmasını təsvir edir. Otaqda 70 yaşlarında bu xanımla yanaşı onun iki oğlu və ikinci əri də oturub. Ana oğlu Üsaməni illərlə dindirməyib. O bunu 2001-ci il terror hadisələrindən sonra edib. Anası Üsamə haqqında belə deyir: "O tamamilə fərqli bir adam idi. Onu universitetdəki adamlar dəyişdilər". Qeyd edək ki, Üsamə Bin Laden Ciddə universitetində iqtisadiyyat fakultəsi məzunu olub.

 

"O çox yaxşı uşaq idi. Onun beynini yudular. Onlar bunun üçün pul alırdılar. Mən həmişə deyirdim ki, onlardan uzaq dur! Amma o heç vaxt mənə etdiklərini deməzdi, çünki məni çox sevirdi".

 

1980-ci illərin əvvəlində Hüsamə Əfqanıstana döyüşməyə gedir. Qardaşı Həsən: "Kim onunla görüşürdüsə, hamı ona dərin hörmət bəsləyirdi. İlk əvvəllər biz də onunla fəxr edirdik. Hətta Səudiyyə hökuməti də ona minnətdar davranırdı. Bir gün Üsamə mücahidlərlə gəldi..."

 

Daha sonra qardaşı onun haqqında belə davam edir: "Mən çox fəxr edirəm ki, o mənim böyük qardaşımdır. Böyük qardaş kimi o mənə çox şey öyrətmişdi. Düşünmürəm ki, onunla bir insan kimi fəxr edim. O qlobal arenada super ulduz kimi oldu, amma əldə etdiyi heçlik idi"...

 

Anası belə deyib: "O çox savadlı idi. Doğru bir insan idi. Əfqanıstanda ailə biznesi ilə məşğul idi".

 

Qanem-Üsamənin anası 1950-ci illərdə Latakiyadan Səudiyyyəyə gəlir. Orada Üsamənin atası ilə ailə həyatı qurur. 1957-ci ildə Üsamə anadan olur. Onun 3 yaşı olanda valideynləri boşanır. Üsamənin atası daha sonralar evlənir və 54 övladı olur. Hazırda Bin Lden ailə şirkəti Səudiyyədə ən nüfuzlu biznesə sahibdilər.