Dillər

Ermənistanda panika: Əhali təhlükəsizlik qüvvələrinə müraciət etdi

415522288.jpg

Şar uzaqdan idarə edilir və kamereları belə oyuncaqdır

Oyuncaq köpək balığı Ermənistanda panikaya səbəb olub. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, Ermənistanın Türkiyə ilə sərhədində tapılan köpək balığı formasında şar, Türkiyənin casusluq üçün göndərdiyi qurğu kimi qəbul edilərək təhülkəsizlik qüvvələrinə verilib.

Məlumata görə, tapılan şarın əslində bir oyuncaq olduğu məlum olub. Türkiyə sərhəddinə yaxın Nor Amasya kəndində tapılan şar kənd əhalisini qorxudub. Kəndlilər şarın Türkiyə tərəfindən göndərildiyini və əhalisi min nəfərdən az olan kənddə müşahidə işləri görə biləcəyini düşünüb.

Kənddə tapılan şarın üzərində aparılan araşdırmalar nəticəsində əslində onun zərərsiz bir uşaq oyuncağı olduğu müəyyən edilib. Şar uzaqdan idarə edilir və kamereları belə oyuncaqdır. Ermənistan Təhülkəsizlik Xidmətinin məlumatına görə, şarın heç bir təhlükəsi yoxdur. (Sputnik.az)