Dillər

Ələkbərov bu türk ölkəsinə 7 milyard yatırdı – PUTİN

Putin00

Rusiya Prezidenti Vladimir Putin payızda Özbəkistana səfər edəcək.

Muxalifət.az xəbər verir ki, bunu Özbəkistan Prezidenti Şövkət Mirziyayevlə Şanxay Əməkdaşlıq Təşkilatı sammiti çərçivəsində görüşü zamanı Rusiya Prezidenti Vladimir Putin deyib. O, Mirziyayevin Rusiyaya səfərindən sonra iki ölkə arasında münasibətlərin müsbət istiqamətə dəyişdiyini deyib:

“Bizim ticarət dövriyyəmiz əhəmiyyətli dərəcədə artıb. İki ölkə arasında böyük layihələr gerçəkləşdirilir. Təkcə “Lukoyl” şirkəti Özbəkistana 7 milyard dollar investisiya yatırıb”.