Dillər

Türk polisi İstanbulda Güləni həbs etdi

turk_polis.jpg

Türkiyənin İstanbul şəhərində keçirilən FETÖ əməliyyatında qruplaşmanın lideri Fətullah Gülənin qardaşı qızı Fatma Nur Gülən saxlanılıb.

Axar.az xəbər verir ki, Fatma Nur Gülən polisə verdiyi ifadələr zamanı 100-ə yaxın FETÖ-çunun adını çəkib.

Gülən ailə üzvləri barədə də polisə bir sıra əhəmiyyətli məlumatlar verib. O, bu işlərə könüllü deyil, atasının məcbur etməsi ilə başladığını, ailə üzvləri ilə soyadına görə mübahisə etdiyini və o zamandan bura onlarla görüşmədiyini etiraf edib.