Dillər

Sarkisyan və Koçaryanın fəxri adları ləğv olundu

184397.jpg

Moderator.az Ermənistan KİV-nə istinadən xəbər vrir ki, Gümrü şəhərinin ağsaqqallar şurası eks prezidentlər - Robert Koçaryanın və Serj Sarkisyanın, eləcə də Sarkisyanın qardaşı, “Pyunik” İnsan Ehtiyatlarının İnkişafı Ümumerməni Fondu Şurasının sədri Levon Sarkisyanın “Gümrünün fəxri vətəndaşı” adlarını ləğv edib. Şuranın əksər üzvləri məsələnin lehinə səs veriblər.

“Serj Sarkisyanın prezidentlik illəri insan haqlarının və demokratik azadlıqların geriləməsi kimi dəyərləndirilməlidir. Respublikadan 400 min vətəndaş mühacirət edib. Ölkənin xarici borcu artıb. Ona görə də onun adı fəxri adlar siyahısından dərhal çıxarılmalıdır”- QALA fraksiyasının üzvü Kristina Mkrtıçyan deyib.

Gümrü şəhərinin meri Samvel Balasanyan iclasda iştirak etsə də səsverməyə qatılmayıb.