Dillər

Türkiyədə sərnişin qatarı qəzaya uğradı:10 nəfər ölüb, 73 yaralı var - YENİLƏNİB

3335f17e6311bf676bac50f1a6e54667.jpg

Türkiyədə sərnişin qatarının qəzaya uğraması nəticəsində 10 nəfər ölüb, 73-ü xəsarət alıb.

APA-nın məlumatına görə, bu barədə “Milliyet” Səhiyyə nazirliyindəki mənbəyə istinadən xəbər verib.

***

20:58

Türkiyənin Tekirdağ əyalətində sərnişin qatarı qəzaya uğrayıb.

APA-nın NTV telekanalına istinadən verdiyi xəbərə görə, Uzunkörpü-İstanbul marşrutu üzrə hərəkət edən qatarın altı vaqonu relsdən çıxaraq aşıb.

Qəza nəticəsində ölən və xəsarət alanların olduğu bildirilsə də, onların dəqiq sayı barədə hələlik məlumat verilmir. Hadisə yerinə xilasedicilər və təcili tibbi yardım briqadaları cəlb edilib. İlkin məlumata əsasən, qəza zamanı qatarda 360 sərnişin olub.