Dillər

İctimai nəqliyyatda gediş haqlarının artırılmasına sərt reaksiya

Xəbər verildiyi kimi, dünən Tarif (qiymət) Şurası metro nəqliyyatında sərnişindaşıma xidmətinin tarifini 1 gediş üçün 30 qəpik, Bakı şəhərində, eləcə də digər şəhər və rayonlarda sərnişindaşıma xidməti tarifinin yuxarı həddini müntəzəm şəhərdaxili avtobus marşrutları üzrə 1 gediş üçün 30 qəpik, şəhərətrafı və qəsəbələrarası avtobus marşrutları üzrə məsafədən asılı olaraq 1 gediş üçün 30-90 qəpik müəyyənləşdirib. Yeni tariflər cari ilin 1 avqust tarixindən qüvvəyə minəcək.

Qiymət artımı sosial şəbəkələrdə də müzakirə olunur, ekspertlər tərəfindən münasibət bildirilir. Yeniavaz.com xəbər verir ki, yol-nqliyyat üzrə ekspert, "Avtostop" verlişinin aparıcısı Tural Yusifov sosial şəbəkədəki səhifəsində qiymət artımını indiki halda doğru hesab etmədiyini bildirib.

"Əvvəl normal avtobus olmalıdır, sonra qiymətinə baxarıq. Əvvəl normal xidmət olmalıdır, sonra onun da qiymətinə baxarıq. Millətin basabasla gedib 50% daha çox pul ödəməyi doğru deyil. Hansısa marşrut sahibinin kaprizinə görə insanların cibinə girmək olmaz. Qarajı olmayan xətt sahibi hansı məntiqlə artım istəyir? Və bu artım nəyə lazım idi? Deyir Qazaxıstandan ucuzdur? Qazağıstanda bu cür idbar, səviyyəsiz, pinti, təhlükəli avtobus xətti yoxdur".-deyə T. Yusifov qeyd edib.