Dillər

Uşağı vəhşicəsinə döyən "tərbiyəçi" qovuldu - Bağça bağlandı (VİDEO)

5b1e729b7860f_34859893_2163989110297086_7320971502076035072_n.jpg

Bakıda fəaliyyət göstərən "Kids Studio” bağçası uşaqların döyülmə videosunun yayılmasından sonra fəaliyyətini dayandırıb.

Araz.az xəbər verir ki, bağçadan axar.az-a verilən məlumata görə, uşaqları döyən müəllim də işdən azad edilib.

"Həmin görüntülərdə müəllimə uşağı döymür, sadəcə, silkələyir, divara tərəf atır. Bağçanın fəaliyyəti bu gündən etibarən dayandırılıb”, - bağçadan bildirilib.

Qeyd edək ki, bu gün Azxəbər.com saytı "Kids Studio” bağçasında müəllimlərin uşaqlara qarşı kobud rəftarı, təhqiri və işgəncəsini əks etdirən video yayıb.