ASAN sədri: Burada rüşvətin toxumu cücərə bilməz - EKSKLÜZİV

Ulvi-Mehdiyev-ASAN.jpg

“ASAN Xidmət” mərkəzlərində rüşvət kimi neqativ hallara yol vermək imkanı sıfırdır”.

Bu sözləri Real-a eksklüziv müsahibəsində Vətəndaşlara xidmət və sosial innovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN Xidmət) sədri Ülvi Mehdiyev deyib.

Ardını oxu...

Lerikdə may balının yığımı üçün hazırlıqlara başlanılıb

product_1527780540.jpg

Ardını oxu...

HƏR BİR VƏTƏNDAŞIMIZ 2302 DOLLAR BORCLUDUR – Xarici borclarımızı kim və nə vaxt ödəyəcək?

b8aa5673-640e-49bb-90e6-0a8b8c246394_cx0_cy18_cw100_w1023_n_r1_s.jpg

Beynəlxalq Valyuta Fondunun (BVF) hesablamalarına görə, Azərbaycanın xarici borcu 22 milyard 566 milyon dollar təşkil edir ki, bu da adambaşına 2302 dollar borc deməkdir. Bu barədə iqtisad elmləri doktoru Qubad İbadoğlu facebook səhifəsində məqalə dərc edib.
O yazır:

Ardını oxu...

Kimlər ev tikə bilməz? – ARAŞDIRMA – VİDEO

ev-00.jpeg

Kifayət qədər sənədsiz torpaq əldə etmiş insanlar var ki, həmin ərazilərdə ev də tikiblər.

Ardını oxu...

Lənkəran-Lerik yolunda cəhənnəm əzabı - VİDEO

1524467114_1524460504_01.jpg

Lənkəran-Lerik yolu artıq bir neçə ildir yararsız hala düşüb. Ötən əsrin 50-ci illərində istifadəyə verilən bu yol son vaxtlar sürücülərin baş ağrısına çevrilib. Yolun Lənkəran Beynəlxalq Hava Limanının ərazisindən Lənkəran-Lerik yolunun 20-ci kilometrliyinə qədər olan hissəsi, demək olar ki, keçilməzdir.

Ardını oxu...

Bakıda marketlər "Kərə" yağı adı altında SAXTA YAĞ SATIRLAR - İDDİA

Kereyagi.jpg

“Mağazaları Belarus "kərə" yağları bürüyüb. Apardığım araşdırmalara görə, 90 faizi saxta yağdır. Satıcılar deyir ki, "Veysəloğlu" gətirir verir, daha hardan gətirir, kim düzəldir bilmirik”.

Bununla bağlı jurnalist Elçin Bayramlı status paylaşıb.

Ardını oxu...

“Yol yenidən qurulur, amma işıq dirəkləri quraşdırılmır”

31131645_1786493484745501_3396980584633860096_n-696x522.jpg

Masallı sakini problem ictimailəşdirməklə məsələnin həll oluncağına ümid edir

“Masallı rayonunun yerli əhəmiyyətli avtomobil yolsuzluğu problemi 20 ilə yaxın idi ki, öz həllini tapmırdı. Nəhayət bu ilin fevral ayından etibarən yol əsaslı şəkildə yenidən qurulmağa başlayıb”.

Ardını oxu...

"DESƏM Kİ, HEÇ KİM HEÇ KƏSDƏN PUL ALMIR, YALAN OLAR" - BAŞ HƏKİM

1525162838-374.jpg

Mustafa Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin baş həkimi Yusif Əliyev: “Həkim bəlkə də alır... Mən heç kimdən pul alan deyiləm”

“Bəlkə kimsə qapısının arxasında, kabinetində hansısa xəstədən nəsə alır, mən bunu necə izləyə bilərəm?”

Ardını oxu...

Bakıda insanları ölümlə üz-üzə qoyan yarımçıq piyada keçidi – FOTO + VİDEO

IMG_9802202.jpg

Bu gün Bakıda və ölkənin digər şəhərlərində piyadaların yolu rahat, təhlükəsiz keçməsi üçün müxtəlif tədbirlər görülür. 

Ardını oxu...

İnsanı kasıb edən SƏBƏBLƏR – Oxuduqca DƏHŞƏTƏ DÜŞƏCƏKSİNİZ

kasib2.jpg

Yoxsulluq təkcə maddi vəsaitin çatışmazlığı deyil, insanın özündə formalaşdıra bilmədiyi yüksək keyfiyyətlər, zamanla ayaqlaşa bilmə bacarığı, özünə yaxşı ətraf yaratması cəhətlərinin olmaması da mənəvi yoxsulluqdur. Əgər fiziki, mənəvi pis vərdişlərdən insan özünü xilas edə bilsə, o zaman zənginlik və firavanlıq özü onun qapısını döyəcək. Psixoloqlar kasıb insanları 12 il müşahidə etdikdən sonra onları yoxsulluq içində çabalamağa vadar edən səbəbləri tapıblar. Bunlar insanların özlərində formalaşdırdığı vərdiş və komplekslərdir.

Tolpress.az Publika.az-a istinadən həmin səbəbləri diqqətinizə çatdırır:

1. Başqalarını günahlandırmaq – kasıblar heç vaxt günahı özlərində görmürlər. Məsuliyyətdən yaxa qurtarmaq üçün özlərindən başqa hər kəsi, hətta zəmanəni də günahlandırırlar.

2. Vaxtı uzatmaq – yüz ölçüb bir biçmək yaxşı şeydir, amma vaxtın qızıl olduğunu da unutmaq olmaz. Vaxt keçir və insan özünə sual verməlidir ki, mən nə etmişəm, bundan sonra nə edə bilərəm?

3. Aza qane olmaq – kasıb insanlar risk etməyə qorxurlar. Daha doğrusu, risk etməyə qorxan elə kaslb qalır. Əlindəki cüzi miqdardan milyonçu olan keçmiş kasıblar da az deyil. Ümumilikdə isə maaşdan maaşa dolanaraq, aza qane olmağa özlərini öyrədirlər. Əslində isə insan özünü daha yaxşı həyata layiq hesab etsə, silkinib qalxa bilər.

4. Pulsuz oxumaq – kasıblar pulsuz təhsilə, treninqə, kurslara yazılmaq istəyirlər. Amma hamı bilir ki, cibindən pul vermədiyin müəllimə heç kim qulaq asmır. Məsələn, orta məktəblərdə keçilən dərsləri repetitor da keçir. Əlavə nəsə öyrətmir ki? Sadəcə repetitora pul verildiyi üçün, boşa getməsin deyə canına əziyyət verib oxuyurlar. Amma məktəb pulsuz olur. Ona görə də xarici ölkələrdə pullu təhsil və kurslar daha uğurlu sayılır. Həm də belə yerlərdə keyfiyyət göstəricisi də yüksək olur.

5. Özünə yazığı gəlmək – kasıb insan özünə həmişə acıyıb, özünü öz gözündən salıb. Bunu ilk sadalanan səbəblə də bağlamaq olar – “öz zamanımda doğulmamışam, mən başqa ölkənin vətəndaşı olmalıydım, ailəm, arxam olmayıb” və s. Düzdür, öz ölkəsində uğursuzluğa düçar olub, başqa ölkələrdə şöhrət tapanlar da var, amma bunun üçün də gərək cəhd edəsən. Yerindəcə oturub “mən amerikalı olmalıydım” deməklə olmur. Gərək amerikalı olmağa cəhd göstərəsən. Çox vaxt isə xarici qüsurlarını günahlandırırlar: qısa boyun, çirkin üzün, yöndəmsiz bədən quruluşunun ona mane olduğunu deyirlər. Lakin tarix də göstərir ki, zirvəyə qalxmaq, dövlətli olmaq istəyən çirkin vücudundan “seks simvolu” da yarada bilər.

6. Taleyindən gileylənmək – kasıb adamın ən “sevdiyi” məşğuliyyətdir. Oturub-durub fələyi, zəmanəni, qara bəxtini söyən adamdan nəsə uğur gözləməyə gərək yoxdur. Çünki gileylənməkdən başı açılmır. Düşünən insan isə taleyin hər zərbəsini bir fürsət bilir. Onu yıxılmaq qorxutmur, əksinə hər yıxılanda daha möhtəşəm dikələ bilir.

7. Başqaları nə deyər – düşüncəsi kasıbın “belini qıran” ən əsas yanlışlardandır. Uğurlu insanlar başqalarının nə dediyinə baxmadan öz ağlı ilə hərəkət edən, öz istəyinə çatanlardır. Kasıb isə ətrafından, cəmiyyətdən çox asılıdır. Üstəlik bu “başqaları” da qətiyyən uğurlu insan deyillər. Elə özü kimi addım atmağa qorxanlardır.

8. Pulu boşa xərcləmək – burda deyə bilərsiniz ki, kasıbın xərcləməyə pulu varmı? Elə məsələ də bundadır: əlində olan-qalanı da xərcləyir. “Onsuz da qəpik-quruşdan nə olacaq ki?”, deyərək hər xırda şeyi alıb evi doldurur. Ağlına da gəlmir ki, o xırda pullar illərlə də olsa yığılıb xeyli pul ola bilər. Dama-dama göl olmaq məsələsi…

9. Sevmədiyi işlə məşğul olmaq – maaşı bəhanə edib sevmədiyi işlə məşğul olmaq da geniş yayılmış səbəblərdəndir. Sevdiyi və bacardığı işin qulpundan yapışmaq yerinə qohum-əqrəbaya görk olmaq üçün hər gün ayaqlarını sürüyə-sürüyə işə yollanmağa hazırdır. Yalnız həftəsonlarının xəyalı ilə yaşayır, rəhbərliyi söyür, bacardığı işin dalınca isə getməyə cəsarəti çatmır. Bunun üçün onun daim əl altında olan bəhanələri var.

10. Başqasının həyatı ilə yaşamaq – varlı ədəbiyyat oxuyub özünü maarifləndirir, kasıb isə oxuyub özünü qəhrəmanların yerinə qoyur. Ya da oturub seriala baxır, sonra sanki öz qonşusu, qohumu imiş kimi onu müzakirə edir. Serial bitdikdən sonra isə şou-proqramlara baxıb müğənni və aktrisaların taleyi ilə maraqlanır. Kasıb xəyallarla yaşayır, öz kumirlərinin uğurlarından zövq alır, özü isə ömrünün kərpic-kərpic sökülməsinə əhəmiyyət vermir.

 

Azərbaycanda boşanmaların qarşısının alınması üçün müdhiş təklif - Ailələr uzunömürlü olacaq

beygelin.jpg

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclasında deputat Sədaqət Vəliyeva Ailə Məcəlləsinə dəyişiklik edilməsini və nikah müqaviləsinin məcburiləşdirilməsini təklif edib.Nigah müqaviləsinin məcburiləşdirilməsinin gələcəkdə qurulacaq ailələrə təsiri ilə maraqlanıb.

Ardını oxu...

3 -dən səhifə 6