Dillər

VƏTƏNPƏRVƏR ALİM, İŞIQLI ŞƏXSİYYƏT

 novruzelimemmedov

     Ulu yurd yeri Astara. Ərən babamız Şah İsmayıl Xətainin güvənc yeri bildiyi, ömrünün dar məqamında taleyini etibar etdiyi, torpağından, daşından qeyrət boylanan bir məkandır Astara torpağı. Qədim zamanlardan üzü bəri Astara elinin vətən sevgisi, vətən sədaqəti, bu yurdda yaşayan oğulların qəlbində qeyrət bayrağı kimi dalğalanır.

Dünyanın müqəddəs halalıq yolundan keçir astarılıların ömrü. Əllərindən torpaq qoxusu, çörək ətri gəlir. Böyük yaradan öz ilahi qüdrətindən bu torpağa əsrarəngiz gözəllik bəxş etmişdir. Lacivərd meşələri yaşıl çuxa kimi əyninə geymiş dağlar, gecəli-gündüzlü həzin-həzin pıçıldaşan Xəzər Astaranın gözəllik tablosudur. Hər kəndi, hər obası, halalllıq qoxusuna, həya, ismət, rubəndinə bürünüb bu yurdun.
Ərçivan Astaranın yaraşıqlı, bağlı-bağatlı kəndlərindən biridir. Şah İsmayıl Xətainin sığındığı, Ulu əmanət kimi qucağında qorunduğu müqəddəs qızılbaş ruhlarının dolaşdığı vətən torpağıdır bu kənd.
Torpağın canında ilıq bahar təravətinin duyulduğu bir vaxtda 1942-ci ilin mart ayının 10-da qədim talış torpağı Ərçivanda Xanməmməd kişinin ocaında bir körpə səsi çiçəkləndi. Bu oğlan uşağının dünyaya gəlişiylə ata- ananın sevinci bahar təravətinə bələndi. Bayram qabağı dünyanı salamalayan övladının adını Novruzəli qoydu Xanməmməd kişi.
Həmin gün qədim Ərçivanın sinəsində pərvazlanıb, göy üzün aydınlığinda yarpaqlandı doğmalığa bələnmiş sözlər. Ona - balaca Novruzəliyə “ömrün mübarəkdir, övladım” - dedi Ərçivan torpağı.NOVRUZELI

 Ömrünün qapısı uca tanrı sevgisiylə, ana laylasıyla, ulu yurdun xeyir-duasıyla açıldı balaca Novruzəlinin üzünə. Ömrünün süd qoxulu çağlarını şirin-şirin yaşadı Novruzəli. Quş qanadlı illər ötdü. Hələ uşaq yaşlarından öz səmimiliyi, mərdliyi, xeyirxahlığı ilə seçilməyə başladı.

1959-cu ildə A.S.Puşkin adına Ərçivan kənd orta məktəbini bitirdi Novruzəli Məmmədov. Orta məktəb illərində o, öz ədəb-ərkanı, sözübütovlüyü, dostluqda dəyanəti, yoldaşlıqda mərdliyi ilə nəinki yaşıdlarının, hətta özündən böyüklərin dərin hörmətini, ehtiramını qazanmışdır. 

Arzularına qovuşmaq, ali təhsil almaq, yurduna elinə daha çox xeyir vermək məramıyla Bakıya yol aldı Novruzəli Məmmədov. O, 1964-cü ildə M.F. Axundov adına Azərbaycan Pedaqoji Dillər İnstitutunu bitrirdikdən sonra, bir müddət pedoqoji sahədə çalışmış, 1970-ci ildə Azərbaycan EA Nizami adına Ədəbiyyat və Dil institutunun dilləri üzrə əyani aspiranturasını bitirmişdir. 1971-ci ildə “Talış dilinin Şuvi şivəsi” mövzusunda namizədlik disertasiyasını müdafiə etmişdir. Filologiya elmlər namizədidir. Talış dili ilə azərbaycan dilinin qarşılıqlı əlaqəsi mövzusunda doktorluq disertasiyası üzərində çalışmışdır.
Əmək fəaliyyətinə hələ institutda oxuduğu illərdə əvvəl fəhləliklə, sonralar isə pioner baş dəstə rəhbəri, ibtidai sinif müəllimi və III kursdan ingilis dili müəllimi kimi başlamışdır.
1964-cü ildə İnstitutu bitirdikdən sonra Astara və Lənkəran rayonlarında müəllimlik etrmişdir. 1965-66- cı illərdə ordu sıralarında hərbi xidmətdə olmuşdur. 1970-ci ilin oktyabr ayından Azərbaycanın EA Nəsimi adına Dilçilik İnstitutunda elmi işçi, 1978-ci ildən baş elmi işçi, 1989-cu ildən 1991-ci ilə kimi institutun Dil əlaqələri şöbəsinin müdürü vəzifəsində işləmişdir.
O, 1986-cı ildən 1994-cü ilə kimi Azərbaycan EA. İ Nəsimi adına Dilçilik institutunda filologiya elmləri doktoru alimlik dərəcəsi verən ixtisaslaşdırılmış müdafiə Şurasının elmi katibi olmuşdur. Onun rəhbərliyi altında namizədlik disertasiyaları müdafiə olmunmuşdur.
N.X.Məmmədov həm İran həm də Azərbaycan dilçiliyinin müxtəlif sahələrinə həsr olunmuş 70 dən çox elmi əsərlərin müəllifidir. 1990-cı ildə “elm” nəşriyyatı tərəfindən çapdan çıxmış 90 müəllif vərəqi həcmində “Azərbaycan dilinin dialektoloji atlası” fundamental kollektiv əsərin, türkiyədə çapdan çıxmış “Azərbaycan dilinin diolekteoloji lüğəti” kollektiv əsərin müəlliflərindən birisidir.
Müasir talış şarilərinin şerlərindən ibarət iri həcmli “Tolışi Ərməğon” və talış dilində “Əlifba” kitablarının müəllifidir. Onun redaktorluğu ilə də bir neçə kitab da çap olunmuşdur. Elmi fəaliyyətinin nəticələri bir sıra Ümumittifaq və Beynəlxalq konfrans, müşavirə və sessiyalarda dinlənilmişdir. O, müxtəlif şəhərlərdə keçirilmiş konfrans və müşavirələrdə eləcə də 1986-cı ildə Daşkənddə keçirilmiş Altay dillərinə həsr olunmuş PİAC-ın Beynəlxalq daimi XXIX sessasiyada məruzə ilə iştirak etmişdir.
N.X.Məmmədovun elmi fəaliyyətində dillərin qarşılıqlı əlaqəsi problemi əsas yer tutur. Türk dilləri ilə İran dillərinin qarşılıqlı əlaqəsi və eləcə də Azərbaycan dili ilə Talış dilinin qarşılıqlı əlaqəsi mövzusunda çoxlu əsəri çap olunmuşdur.
Ana dilini sonsuz məhəbbətlə sevən bu yorulmaz insan institutu bitirdikdən sonra bütün qüvvə və bacarığını bu unikal dilin müxtəlif sahələrinin öyrənilməsinə, qədim tarixi köklərə bağlı talış mədəniyyətinin təbliğinə həsr etmiş, taleyini ona bağlamışdır. Azərbaycan, rus, ingilis, türk, fars dillərini mükəmməl bilməsi ona doğma talış dilinin sirlərini daha dərindən öyrənməyə köməklik etmiş, elmi araşdırmaların sanbalını artırmışdır.
O, 40 ilə yaxın elmi-pedoqoji fəaliyyətində, qazandığı təcrübəsinin nəticəsi kimi yazdığı çapını gözləyən bir neçə kitabını - “Talışca-rusca-azərbaycanca lüğət”, “Talış dilinin morfologiyası”, “Talış dilinin fonetikası” yaxın vaxtlarda talış xalqına hədiyyə etməyə hazırlaşır. Onun eləcədə Azərbaycan dilindən- talış diinə, talış dilindən –azərbaycan dilinə, ingilis dilindən –rus dilinə etdiyi tərcümələr də yüksək qiymətə layiqdir. Bundan başqa, o, rus dilində “Самоучитель азербайджанского языка» və ingilis dilində “Self instriction Manual of the Azerbaijani Language” kitablarını yazıb çapa hazırlamışdır. O, Böyük Oktyabr Sosiolist İnqlabının 70 illiyi şərəfinə Ümumittifaq sosializim yarışında yüksək elmi nəticcələrinə görə Sovet İKP MK nın SSR Nazirlər Sovetinin ÜİHMŞ-nın fəxri fərmanı ilə təltif olunmuşdur. Əmək veteranıdır. Evlidir, iki oğllu var. Həyat yoldaşı Məryəm Məmmədova biyologiya elmləri namizədidir.
Elmi fəaliyyəti ilə yanaşı, Novruzəli Məmmədovun ictimai sahədə gördüyü işlər barəsində də fəxrlə danışmaq olar. O, 1989-cu ildə Respublika Talış Mədəniyyət Mərkəzinin ilk yaradıcısı kimi talış xalqının tarixində özünə layiqli yer tutmuşdr. 1993-cü ilə kimi bünövrəsini qoyduğu yaradıcısı olduğu Respublika Talış Mədəniyyət Mərkəzinin idarə heyyətinin sədri olmuşdur. Böyük çətinliklər və məhdudiiyyətlərlə üzləlşən yaratdığı bu mədəniyyət mərkəzi son illər talış dilinin ədəbiyyatının mədəniyyətinin, müxtəlif sahələrinin öyrənilməsi və təbliği sahəsində xüsusi ilə də talış tərkibi məktəblərində doğma ana dilinin tədrisində hiss ounan irəliləyişlər məhz onun çəkdiyi ağır gərgin əməyinin bəhrəsidir.
1982-ci ildə işlədiyi İ.Nəsimi adına Dilçilik İnstitutunda ilk partiya təşkilatının katibi olmuş, Azərbaycan Respublikası Təhsil Nazirliyinin azsaylı xalqların dilləri üzrə tədris metodika şurasının və Azərbaycan Respublikası Prezidentinin Milli məsələllər üzrə müşaviri yanına İctimai Şuranın üzvüdür.
Novruzəli Məmmədovun yaradıcılığında jurnalistik fəaliyyəti də mühüm yer tutur. 1992-ci ildə “Tolışi Sədo” qəzetinin işıq üzü görməsində onun böyük xidmətləri olmuşdur. O, 1993-cü ilədək həmin qəzetin baş redaktorunun müavini olmuşdur. 1993-cü ildən jurnalistik fəaliyyətini “Nicat Yolu” qazetinin baş redaktoru kimi davam etmişdir.
Nəhayət, müəyyən səbəblər üzündən çapı dayandırılmış “Tolışi Sədo” qazetinin yeddi illik fasilədən sonra 2001-ci ildə yenidən nəşr olunması bilavasitə onun prinsipial mövqeyi və xalq qarşısında məhsuliyyət hiss ilə bağlıdır. İndi o, həmin qəzeti öz şəxsi vəsaiti hesabına buraxır və baş redaktor kimi redaksiyaya rəhbərlkik edir.
Hazırda Novruzəli Məmmədov AMEA-nın Nəsimi adına dilçilik institunda “Roman və Gel” dilləri şöbəsinin müdürü vəzifəsində çalışır.
Görkəmli alim, işıqlı şəxsiyyət, ləyaqətli insan olan Novruzəli müəllim ömrünün 63-cü baharını yaşayır. 63 yaşa peyğəmbər yaşı deyirlər. Peyğəmbər yaşınız mübarəık Novruzəli müəllim!
Sizə görkləmli alim, publisistə uzun ömür, can sağlığı, tutduğunuz şərəfli yolda uğurlar diləyirik!

Balayar SADİQ
Azərbaycan Yazıçılar Birliyinin üzvü.
QANUN VƏ HƏYAT qəzeti
N 02(02) 04-18 mart 2005-ci il

Əlaqəli xəbərlər