Dillər

Rubail Əzimov

rubail

Bu gün gözəl müğənni, aranjmançı Rubail Əzimovun doğum günüdür.

 

         Əzimov Rubail Rufulla oğlu 1988-ci il mayın 8-də Lənkəran rayonunun Vilvan kəndində anadan olmuşdur. Körpə vaxtlarından ailəsi Bakı şəhərinə köçmüşdür. Rubailin musiqiyə bağlılığı uşaq yaşlarından özünün biruzə vermiş, valideynləri bunu hiss edərək onu 1999-cu ildə Bülbül adına orta ixtisas musiqi məktəbinə yazdırmışlar. Orada görkəmli muğam bilicisi, pedoqoq Qəzənfər Abbasovda sinfində dərs almışdır. Məktəb vaxtlarından bir sıra musabiqələrdə iştirak edib qalib olmuş, dövlət tədbirlərində çıxışlar etmişdir. Ən yadda qalan çıxışları sırasında Roma Papasının Azərbaycana səfəri zamanı Heydər Əliyevlə görüşü münasibəti ilə təşkil olunmuş tədbirdəki çıxışını, Qənirə Paşayevanın aparıcılıq etdiyi "Nəzər nöqtəsi" verilişində "Qarabağ bülbülləri" qrupu ilə iştirakını, Pöhrə-99 müsabiqəsində laureat adını qazanmasını vurğulamaq olar.
Bir müddət sonra Bülbül adına orta məktəbdə fəal şagirdlərin iştirakı ilə Aybəniz Həşimovanın səhnə mədəniyyəti sinfi yaranır və qısa müddət içərisində bir zamanlar məşhurluq qazanmış "Aybəniz və Bülbüllər" qrupu yarandı. Qrupla birgə də Rubail bir çox tədbirlərdə, səhnələrdə çıxışlar etmişdir. 2002-ci ildə "Bülbüllər" qrupunun solo konsertində "Leyli və Məcnun" operasından bir parça hazırlayaraq Aybəniz Həşimova ilə tərəf müqabili kimi, yaddan qalan "Məcnun" obrazını oynamışdır.
2006-cı ildə Bülbül adına orta məktəbi fərqlənmə attestatı ilə bitirərək elə həmin il Azərbaycan Milli Konservatoriyasına qəbul olmuşdur. Konservatoriyada oxuduğu müddətdə muğam ustadları, Ağaxan Abdullayev, Zabit Nəbizadə, Cabir Abdullayev və Qəzənfər Abbasovdan dərs almışdır. Milli Konservatoriyada təhsil aldığı dövrdə Rubail başqa bir sahəyə - aranjmançılıq peşəsinə də maraq göstərmişdir və nəticədə bu sahədə bilgilərini möhkəmlədərək bir sıra görkəmli aranjmançılarla tanış olmuş onlardan bu sənətin sirrlərini öyrənmişdir. 2010-cu ildə Milli Konservatoriyanı bitirib hərbi xidmətə yola düşərək Naxçıvan Sərhəd Diviziyasının orkestrində xidmət göstərmiş və 2011-ci ildə Bakıya qayıtmışdır.
Hal-hazırda Rubail studiyada aranjmançı, səs rejissoru kimi fəaliyyət göstərir. Bundan əlavə həm də bir sıra mahnıların sözlərinin və musiqisinin müəllifidir. 6 illik studiya fəaliyyətində bir çox uğurlu layihələrə imza atmış eləcə də görkəmli sənətçilərlə - Alim Qasımov, Cabir Abdullayev, Nadir Bayramlı, Aybəniz Həşimova, Könül Kərimova və bir sıra sevilən müğənnilərlə iş birlikləri yaratmışdır.
Xalq artisti Alim Qasımovla birlikdə yeni ifa etdiyi "Xarı bülbül" mahnısına çəkilmiş klipin təqdimat mərasimi bu il yanvarın 12-də Beynəlxalq Mətbuat Mərkəzində keçirildi və bu gözəl mahnı musiqisevənlərə təqdim olundu.
Rubail Əzimov həm də talış dilində oxuduğu gözəl mahnıları ilə xalqın sevimlisinə çevrilmişdir. "Ha kinə", "Ğürbətədəm" və s. gözəl talış mahnıları onun böyük əməyi nəticəsində meydana gəlmişdir və digər müğənnilər tərəfindən də sevə-sevə ifa edilir.

"ALƏM" jurnalı  N: 5

 

Əlaqəli xəbərlər