Dillər

EL ADAMI

Zahirəli Sadıxov

Zahirəli Sadıxov

       Riyaziyyat üzrə fəlsəfə doktoru, ADPU-nun “Cəbr və həndəsə” kafedrasının müdiri, dosent--Sadıxov Zahirəli Qafar oğlu 1948-ci il iyun ayının 1-də Lerik rayonunun Blaband kəndində kolxozçu-kəndli ailəsində anadan olmuşdur.

1966-ci ildə Lerik qəsəbə orta məktəbini bitirib.1971-ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universitetinin) mexanika-riyaziyyat fakultəsini bitirmişdir.

1979-cu ildə AMEA-nin Riyaziyyat və Mexanika İnstitutunun əyani aspiranturasına “Riyazi məntiq, cəbr və ədədlər nəzəriyyəsi” ixtisası üzrə qəbul olmuşdur.
1988 ci ildə “Bəzi topoloji fəzalarda kəsilməz funksiyaların iterativ və prediterativ cəbrlərinin bir sıra xassələri” mövzusunda namizədlik dissertasiyası müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsi almışdır. 2008- ci ildən dosent, 2012-ci ildən kafedra müdiri əvəzidir.
Əmək fəaliyyəti: 1971-1977-ci illərdə Lerik rayonunun təhsil şöbəsinin müxtəlif orta məktəblərində riyaziyyat müəllimi. 1977-1995-ci illərdə AMEA-nın Riyaziyyat-Mexanika İnstitutunda mühəndis, böyük mühəndis, aspirant, aparıcı mühəndis, layihənin baş konstruktor. 1995-2001-ci illərdə Bakı şəhəri, Nizami rayonu “Zəngi ” litseyində müəllim. 2001-ci ildən ADPU-nun “Cəbr və həndəsə” kafedrasında baş müəllim, dosent. 2012-ci ildən “Cəbr və həndəsə” kafedra müdiri əvəzi işləmişdir.

ilkin ezizli

İlkin Əzizli

Filoloq, tarixçi-tətqiqatçı

"ALƏM" N: 4 (4) 

 

Əlaqəli xəbərlər