Dillər

EL ADAMI Tofiq Şahmarov

Şahmarov Tofiq Şirin oğlu

Şahmarov Tofiq Şirin oğlu 1952-ci ildə iyun ayının 25-də Lerik rayonunun Züvüç kəndində anadan olmuşdur. 1959-cu ildə həmin kənddə 1-ci sinfə qəbul edilmişdir.

Burada natamam orta təhsil aldıqdan sonra qonşu Biləvər kənd orta məktəbində təhsilini davam etdirmiş və 9-10-cu sinifləri oxuyaraq, 1969-cu ildə tam orta təhsilə yiyələnmişdir. Orta məktəbi bitirdiyi ildə Lənkəran Pedaqoji Texnikumuna daxil olmuşdur. 1971-ci ildə texnikumu bitirib, Züvüç kənd məktəbində müəllim kimi çalışmağa başlamışdır. 1971-1974-cü illərdə hərbi xidmətdə olmuşdur. 1974-1975-ci illərdə Lerik rayonunun Xanagah və Zövnə kəndlərində müəllim kimi fəaliyyət göstərmişdir.1975-ci ildə BDU-nun hüquq fakultəsinə qəbul olmuş, 1981-ci ildə oranı bitirmişdir. 1981-1983-cü illərdə Lerik rayon Aqrar Sənaye Birliyində hüquqşünas kimi fəaliyyət göstərmişdir. 1983-1992-ci illərdə Astara Rayon Polis Şöbəsidə, 1992-1994-cü illərdə isə Yardımlı Rayon Polis Şöbəsində rəis müavini vəzifəsində çalışmışdır.
1990-1994-cü illərdə Qarabağ döyüşlərində iştirak etmişdir. Qarabağ veteranıdır.
1994-2008-ci illərdə Masallı Rayon Polis Şöbəsində rəis müavini vəzifəsində işləyib və bir neçə dəfə DİN tərəfindən təltif olunmuşdur. Bir sıra əməliyyatlarda fəal iştirakı “İgidliyə görə” medalı ilə qiymətləndirilmişdir.
Tofiq Şahmarov 2008-ci ildə təqaüdə çıxmışdır.
2011-ci ildə Azərbaycan Respublikası Vəkillər Kollegiyasına üzv seçilmişdir.
Hazırda Masallı Rayon Hüquq Məsləhətxanasının vəkili, Masallı Rayon Polis Veteranlar Cəmiyyətinin sədridir.


Maksud Mardiyev

Əlaqəli xəbərlər