M.P.Qasımlının “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

ilham aliyev imza 251114

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Ardını oxu...

Kamal Abdullanın yoldaşlıq xəzinəsi - Bir inci...

photo_34193.jpg

“Azərbaycan Tərcümə Ensiklopediyası”...

Adından da göründüyü kimi, ensiklopediya geniş bir tarixi, tarixi şəxsiyyətləri, möhtəşəm əsərləri özündə cəmləşdirir. Bir xəzinə kimi, bir inci kimi...

Ardını oxu...

ƏLVİDA, CƏNUB ŞƏHƏRİ...

poloadov-01.jpg

(FUAD POLADOVUN 70 İLLİK YUBİLEYİ ÜÇÜN ON EPİZOD)

BİRİNCİ EPİZOD: İLK TANIŞLIQ
Teatr və kinoya marağım elə o gündən başladı demək olar ki. Valideynlərimlə ilk dəfə Azdramaya getdim. Bəxtiyar Vahabzadənin Nəsimiyə həsr etdiyi “Fəryad” pyesinə baxdım. Bir çoxlarının indiyədək səhnədə canlı görmək istədiyi, amma görə bilmədiyi aktyorları 10-11 yaşlı Anar ilk dəfə gördü və tamaşaçı olaraq sehrə düşdü. “Sehrbaz”ların arasında Fuad Poladov da var idi. Daha sonralar səhnədə “Kərgədan buynuzu”, “Torpağa sancılan qılınc”tamaşalarında “görüşdük”.

Ardını oxu...

Astarada aşıq yubileyi

36043826_1641849955934606_8890149292707151872_n.jpg

Azərbaycan Aşıqlar Birliyinin istedadlı nümayəndəsi, ustad aşıq Elxan Astaralının 60 illiyi münasibəti ilə iyun ayının 22-də Aşıqlar Birliyi və Astara İcra Hakimiyyətinin birgə təşkil etdiyi yubiley böyük təntənə ilə keçmişdir. Aşıqlar Birliyi və Astara ictimaiyyətinin təşkil etdiyi bu tədbir rayon Mədəniyyət Mərkəzində olmuşdur. Aşıq Elxanın həyat və sənət yolu barədə məruzə dinlənildikdən sonra yubiliyara ünvanlanmış təbrik və təltiflər təqdim olunmuşdur.

Ardını oxu...

XURAMAN ABBASOVANI XATIRLAYARKƏN...

1526798449_xuraman-ab.jpg

...Bu gecə Azərbaycanın tanınmış əmək qəhrəmanı Xuraman Abbasovanı yuxuda gördüm. Yuxunun yozumu ilə işim yox. Amma maraqlıdır ki, Xuraman xanımı atası Zeynal bəyin mülkü olmuş, Ağdamın Mərzili kəndinin üstündə, Pirzatlı və İsmayılbəyli kəndlərinin altında yerləşən bağda gəzərkən gördüm... Bu bağ mənim uşaqlıq xatirəmdə xüsusi əhəmiyyət daşıyır. Biz quzu otarmağa gedəndə qaçıb bu böyük bağa (yüz hektarlarla ərazini əhatə edirdi, çoxsaylı meyvə ağacları var idi. Saqqız ağacına dırmaşmış "Keçiməmə" üzümü qar yağana kimi ağacın başında qalardı) meyvə yığmağa gedərdik. Mayın sonlarında orta məktəbi bitirənlər həmin ictimai bağda son zəng tədbirləri keçirərdi. Buradakı qızılgülün ətrindən doymaq olmurdu. Bülbüllərin səsi isə bizi valeh edərdi...

Ardını oxu...

Şahin Sərdarlının beynəlxalq müsabiqədə qalib olmuş hekayəsi - "Rənglərə boyanmış yalanlar"

sahin-serdarli.jpg

Xəbər verdiyimiz kimi, ötən ay "Ədibin evi"nin təşkilatçılığı ilə Mir Cəlal Paşayevin 110 illik yubileyinə həsr olunmuş beynəlxalq hekayə müsabiqəsinin mükafatlandırma mərasimi keçirilib. Müsabiqədə 2 nəfər II, 6 nəfər isə III yerə layiq görülüb.

Araz.az Mir Cəlal adına beynəlxalq hekayə müsabiqəsində II yerə layiq görülən yazıçı-jurnalist Şahin Sərdarlının "Rənglərə boyanmış yalanlar" hekayəsini təqdim edir:

Ardını oxu...

Lənkəran teatrının səhnəsində “Cəza” monotamaşası

product_1526570514.jpg

Ardını oxu...

MİLLİ ORDUMUZUN 100 İLLİYİNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB

IMG-20180611-WA0021.jpg

May ayının 11-də  M.Maqomayev adına  Dövlət Filarmoniyasında Azərbaycan  Respublika Mədəniyyət  Nazirliyi və Aşıqlar Birliyinin birgə təşkilatçılığı ilə şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin və Azərbaycanın milli ordusunun yaradılmasının 100 illik yubileyinə həsr olunmuş ədəbi-bədii gecə keçirilib. Tamaşaçılarının əksəriyyəti Azərbaycan ordusunun əsgər və zabitləri olan tədbiri giriş sözü ilə açan Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar Elm Xadimi, professor Məhərrəm Qasımlı deyib:

Ardını oxu...

Ləyaqətin anatomiyası

HAMLET İSAXANLININ 70 YAŞINA

110060_eno163xo4o.jpg

Bədirxan ƏHMƏDLİ


Hamlet İsaxanlı ixtisasca riyaziyyatçıdır, bu, onun yaradıclığının ana xəttidir, çoxparametrli spektral nəzəriyyə üzrə bir çox elmi əsərlərin müəllifidir. 

Ardını oxu...

Öz içində öz dərdini böldü bir Vəli, bir Vəli... - FOTO

veli.jpg

Tanınmış şair Vəli Xramçaylının “Seçilmiş əsərləri”nin I cildi işıq üzü görüb
Ədəbiyyat, xüsusən də poeziya hər zaman ədalət axtarışında olub. Əsl şairlər həmişə sözün qüdrəti ilə ədaləti bərqərar etməyə çalışıblar. Ayağına dəmir çarıq, əlinə dəmir əsa alıb söz mülkünün geniş məkanında dolaşan dərvişmisal şairlər haqq-ədaləti sözün, şeirin başına tac ediblər.

Saxta şairlərin qondarma mətnlərinin daha çox reklam edildiyi, dilə-ağıza salındığı bir çağda əsl şair olan bəndələr özlərini havasızlıqda hiss edirlər. Sözün bəzən saqqız kimi çeynənilib uzadıldığı aləmdə onlar özlərini qərib, küskün də sayırlar. Bu nə qədər belə olsa da, sözdən doğulan və sözə çevrilən həqiqi şairlər bir haqq adamı kimi öz hücrələrinə, iç məkanlarına çəkilib sözlə öz dünyalarını qurub yaradırlar. Dərviş Vəli də haqqın badəsini içən, canı-qanı sözlə, şeirlə, misralarla yoğrulan bir şairdir. Vəli Xramçaylı mövcud poeziyamızda söz butalı dərviş kimi ilahidən gələn kəlamları poeziyaya çevirir. Əriş-arğac etdiyi dünyanını ilmə-ilmə poeziyasına hörüb toxuyur. Hər ilmədə ilahidən gələn söz oxuyur, gah aşıqsayağı, gah da dərvişsayağı.

Bu dünyaya sirr gəlib, sirr gedən, pir kimi, övliya kimi, inanc, ümid yeri kimi nişan verilən ulu dərvişlərin davamçısıdır Vəli Xramçaylı. Sözü özünə, özü də sözünə bənzəyir. Çox az şair tapılar ki, sözü ilə əkiz olsun, bağrıbadaş doğulsun.

Sadə, səmimi, uşaq kövrəkliyini hələ də ruhunda daşıyan V.Xramçaylını uzun illərdir tanıyıram. Çölünə də, içinə də, şeirinə də, sözünə də bələdəm. Tələbəlik illərimdə şeirlərimi ilk çap edən, mənə “sən şairsən” deyən və qısqanclıq etmədən sözümün, şeirə bənzəyən yazılarımın başına sığal çəkən böyük insan, böyük şairdir V.Xramçaylı. Təkcə mənim deyil, mənim kimi bir çox gəncin şeirlərini rəhbərlik etdiyi “Ocaq” qəzetində çap edib. Bunlar unudulmaz, yaddan çıxmaz təmənnasız yaxşılıqlardır...

V.Xramçaylının indiyə qədər yazıb çap etdiyi şeirlərin əksəriyyəti oxucuların sevgisini qazanıb. Təbii, hər şairin öz oxucusu var. V.Xramçaylı da öz oxucusu olan şairdir. Poeziyamızın az görünən, az görülən simalarından olan V.Xramçaylının bənzərsiz nəfəsi şeir dünyamıza əlavə rəng qatır.

Bu dünyanın namərdini
Görüb tapammaz mərdini,-
Öz içində öz dərdini
Böldü bir Vəli, bir Vəli.

Səmimi, duyğulu, həm də alt qatında dərin mənalar gizlənən bu bir bənd şairin daxilinin tərcümanıdır.

Bu günlərdə tanınmış şair Vəli Xramçaylının III cildlik “Seçilmiş əsərləri”nin I cildi “Araz” nəşriyyatında işıq üzü görüb. Şairin kitabının redaktoru və ön söz müəllifi millət vəkili, akademik Nizami Cəfərov, korrektoru Alı Nəsibli, dizayneri isə E.Nəsiblidir.

V.Xramçaylının “Seçilmiş əsərləri”nə “Bir Vəli, bir Vəli” sərlövhəli ön söz yazan akademik Nizami Cəfərov şairin yaradıcılığını dərindən təhlil edib.

“Ruhunda, təbiətində dərvişlik olan bütün şairlər kimi, Vəli də bu dünya ilə o dünyanı vəhdətdə görür, daha doğrusu, bu dünyanı “o dünya” dediyimiz əbədi mənəvi mövcudluğun yalançı və ya aldadıcı təzahürü sayır. Və qəti əmindir ki, bu dünyada (və bu dünya ilə) hər cür cəngi-cidala çıxmaq, küsüb-barışmaq, zarafat eləmək olar, o dünyada (və o dünya ilə) heç cür...

Yunis İmrələrdən gələn elə bir mükəmməl yol var ki, Vəli də özünü bu yolun yolçusu hesab edir:

Sel-su tək boşalıb dolan,
Yaş quruyub bu gözümdə.
Bu yollara yoldaş olan
Bir dərvişəm yer üzündə.

Və dərvişliyin təkliyi, mübhəmliyi, bulanıqlığı-duruluğu, yazda qışı, qışda yazı var:

Mən bu yolu əldən saldım,
Saldım yorula-yorula.
Yetəmmədim mənzilinə,
Qaldım qırıla-qırıla.

Vəlinin poeziya dünyası hər şeydən əvvəl “könül dünyası”dır. Və Vəli bu dünyada nə görürsə, könlünün gözü ilə görür. Hətta bilavasitə könlünə müraciət edəndə də görürsən ki, başqa kimsə ilə yox, əslində öz-özü ilə danışır:

Baş açmadım bu nədəndi,
Əl vurmayın, köksüm nəmdi.
Sinəm altı yarı qəmdi,
Yarı nə, könlüm, yarı nə?..”.

Dərviş sevdalı şairin müxtəlif illərdə yazdığı şeirlər onun öz dünyasının, könlünün, ruhunun şəklidir. Hər şair öz ruhunun şəklini çəkə bilmir, daha doğrusu, ruhunun şəkli dünyanın dərdi qədər ağır olduğu üçün çəkməyə qorxur. Lakin Dərviş Vəli sözünü dərdə-qəmə, toya-yasa qardaş, sirdaş bildiyindən, dərdin şəklini elə məharətlə çəkir ki...

1955-ci il aprel ayının 27-də uzaq Sibirdə doğulan, ailəsinin, yaxınlarının başı min bir qəzavü-qədər çəkən şair Vəli Xramçaylı keçən əsrin 80-ci illərində ədəbiyyata gəlib və həmin dövrdən şeirləri müxtəlif nəşrlərdə çap olunub. Ədəbiyyatımızın, xüsusən də poeziyamızın 80-ci illər nəsli çox istedadlı, ilhamlı söz adamları olmasına baxmayaraq, həmişə ədəbiyyat aləmində ögey münasibətlə, soyuqluqla qarşılaşıblar. Özlərindən əvvəlki və sonrakı ədəbi nəslin arasında gah görünən, gah da görünməz olan 80-lərin nadir istedada malik şairlərindən biri kimi Vəli Xramçaylı poeziyası da bəzən kölgəyə çəkilib, bəzən isə pərvanə kimi işığa can atıb. 1985-ci ildən mətbuatda çalışan V.Xramşaylı illər əvvəl “Azərbaycan təbiəti” jurnalında baş redaktor müavini olub. Hazırda isə “Ocaq” qəzetinin baş redaktorudur.

Mənim ömrüm göz yaşıdır
Silləm yavaşca-yavaşca-

Deyən Vəli Xramçaylı əsl şair ömrü yaşayır və dərvişliyi, şairliyi ilə sözün, şeirin əzəmətli taxtını könlündə, çiyinlərində ucaldır.

Hanı gəzdirdiyin köz sinən üstə?
Bir ox tuşlanıbdı düz sinən üstə.
Bir dəli çay kimi söz sinən üstə
Axdımı, axdımı, ay Dərviş Vəli?

“Seçilmiş əsərləri”nin I cildinin işıq üzü görməsi münasibətilə Dərviş Vəlini-Vəli Xramçaylını “Bakı-Xəbər” qəzetinin kollektivi adından təbrik edirik və şairin “Seçilmiş əsərləri”nin növbəti cildlərini gözləyirik.

İradə SARIYEVA

 

SÖZÜN MƏXMƏRİ VƏ HƏLİM qulu və həm də padşahı…

aydin.jpg

Aydın Canıyev

Azərbaycan çox nadir ölkələrdəndi ki… nadir hallarda şərəfli adama səlahiyyət verilər. Bu mənada mən də bir az xoşbəxtəm səlahiyyət verilən o şərəfli isimlərdən birini tanımağımla!
Üşüyəndə misralarına sığındığımız, kövrələndə… ayda-ildə yox e, illər əvvəl yazdığı yazılara tapınıb yurd və insan həsrətini ovutduğumuz, həm də ən aqressiv fikirlərimiz belə adı gələndə təbəssümlə əvəzlənən Qulu Aqsesin ad günüdü — aprel… qardaşımın, qaynanamın, nəvəmin, dostumun nəvəsinin, «dünyanın bütün kitabxanalarındakı mətnlərin hamısını yığsan, yazdığın «Yaranış»a dəyməz», — dediyim, Peyğəmbər qədər əziz bildiyim Müəllimin — Vahid Rzayevin, ən nəhayət, Aqil Abbasla başlayıb bitməyən ayıdı. Üstəlik də Sözün Ağ İşıq Zərrələrinin bakirəliyinə QUL qədər cəfakeşliklə, sədaqətliliklə əxlaq sərgiləyən AĞSƏS Qulunun.

Ardını oxu...

1 -dən səhifə 3

Əlaqəli xəbərlər