Dillər

SÖZÜN MƏXMƏRİ VƏ HƏLİM qulu və həm də padşahı…

aydin.jpg

Aydın Canıyev

Azərbaycan çox nadir ölkələrdəndi ki… nadir hallarda şərəfli adama səlahiyyət verilər. Bu mənada mən də bir az xoşbəxtəm səlahiyyət verilən o şərəfli isimlərdən birini tanımağımla!
Üşüyəndə misralarına sığındığımız, kövrələndə… ayda-ildə yox e, illər əvvəl yazdığı yazılara tapınıb yurd və insan həsrətini ovutduğumuz, həm də ən aqressiv fikirlərimiz belə adı gələndə təbəssümlə əvəzlənən Qulu Aqsesin ad günüdü — aprel… qardaşımın, qaynanamın, nəvəmin, dostumun nəvəsinin, «dünyanın bütün kitabxanalarındakı mətnlərin hamısını yığsan, yazdığın «Yaranış»a dəyməz», — dediyim, Peyğəmbər qədər əziz bildiyim Müəllimin — Vahid Rzayevin, ən nəhayət, Aqil Abbasla başlayıb bitməyən ayıdı. Üstəlik də Sözün Ağ İşıq Zərrələrinin bakirəliyinə QUL qədər cəfakeşliklə, sədaqətliliklə əxlaq sərgiləyən AĞSƏS Qulunun.

Görüntünün olası içeriği: Qulu Aqses, gözlük ve yakın çekimSözdə və həyatda AĞDAMlılıq etməyən, Sözə və Həyata AĞ DAM olan Qulu haqqında Ustad Aqil Abbas yazdı deyə, YAZI yazmaqdan vaz keçdim. Təbrik mətnidi bu. Quluya 59, sonra… 79 və daha artığını YAŞAMAQ arzusunun işığında sakitcə əlavə edirəm: mən o günü görməsəm də, Sən yaşa, Sözün Qulu adında şərəfli və səlahiyyətli… balaca padşahı!

Əlaqəli xəbərlər