Dillər

Fəxr edir sənlə gözəl millətin, ey İsrail

 israil mammadov

Talış bülbülü İsrail Məmmədova həsr olunub 

Fəxr edir sənlə gözəl millətin, ey İsrail,
Günü-gündən yayılır şöhrətin, ey İsrail.

Dinləyir xoş səsini el otuz ildən artıq,
Səhnələrdə çox olub zəhmətin, ey İsrail.

Xoş səsin nəğməli bülbül tək açır könlümüzü,
Nə gözəldir Vətənə xidmətin, ey İsrail.

Ad veriblər sənə ölkəndə, talış bülbülüsən,
Vardı layiqli olan qiymətin, ey İsrail.

Yad edirlər səni hər vaxtı böyük hörmətlə,
İndi hər yerdə gedir söhbətin, ey İsrail.

Lal edib bülbülü gülşəndə məlahətli səsin,
Ola bilməz o, sənin nisbətin, ey İsrail.

Şə'ninə yazdı Vüqar eşqü məhəbbətlə qəzəl,
El içində bilinir hörmətin, ey İsrail.

Vüqar Həmati

Əlaqəli xəbərlər