Dillər

XODAŞİRİN CƏBİYEV Zirvəsi qarlı, uca dağ - Xalıq əmi

6000

Bu dunyada hər kəs, Tanrının ona bəxş etdiyi bir ömur payını yaşayır - hərə bil-diyi, bacardığı və istədiyi kimi.

    Yaşaya bilməyin ağır, çətin, əzablı və məsuliyyətli yolunu da hərə bir cur keçir - ağlı, fərasəti, cəsarəti və məharəti ilə. Bu ömür yo-lunun ağır və məsuliyyətli yükünü mənzil başına ləyaqətlə, hörmət - izzətlə, şan-şöhrətlə çatdırmaq hər kişiyə nəsib olmur. Bu şərəfli missiyanı məhz hər kişi yox, nər kişilər bacarır.
Kolxozçu - aqronom ailəsində dünyaya göz açdığımdan, 1962-ci ildən üzü bəri, ağlım kəsəni, atamın otur-dur etdiyi, sevib-seçdiyi, ehtiram göstərdiyi, dostluq etdiyi insanlara qarşı məndə daim sonsuz sevgi və istək olub. O insanlarda özümə qarşı daim bir doğmalıq, səmimiyyət, xoş münasibət görmüşəm.
Talış torpağının belə nurlu, daim təravətli, gülərüz, xoş simalı və cəsarət simvolu olan kişilərindən biri də məhz Masallı rayonunun Qızılavar kəndində yaşayan “Xalıq əmi” - Xalıq Qurbanov idi.
1962-ci ildən 1969-cu ılə kimi Kolatan orta məktəbindən rayon Pionerlər Evinə, Mədəniyyət Evinə cürbəcür dövlət tədbirlərinə, olimpiadalara xanədəliyə gələr-dim. Hər konsrt dən sonra mənim başıma sığal çəkən əmilərin içində Xalıq əmi də olardı. Atam mənə həmin “əmilər”i tanıdardı, onların hər biri haqqında xoş sözlər danışardı.
Xalıq əmi Böyük Vətən Müharıbəsi iştirakçısı idi. Ölümlə üz -üzə, göz-gözə dayanmışdı, ağır müharibənin dəhşətlərini görmüşdu. Lakin onun çöhrəsindən təbəssüm heç əskik ol murdu. Tanrı onu elə bil sevgi və gülüş üçün, xoş duyğular üçün yaratmışdı.
Görkəmli ictimai xadim, publisist, alim, həkim-pedaqoq N. İ. Piroqov deyirdi:
- “İnsan olmağa çalış və ol. Üzdə yaxşı adam olmağa çalış ma, həqiqətən yaxşı insan ol!”
Xalıq əmi əsil insana xas olan bütün keyfiyyətləri özündə birləşdirirdi. 1976-cı ildən 1997-ci ilə kimi Masallı rayonunun aptek xidməti sahəsində və səhiyyə sistemində müxtəlif vəzi fələrdə ictimai işlərdə çalışdım. Xalıq əminin danışığı, davra nışı, insanlara və həyata baxışları, təvazökarlığı və ən əsası - insani sadəliyi özü bir məktəb idi.
Böyük Vətən Müharıbəsi iştirakçılarının başqa sahələrdə olduğu kimi tibb sahəsində də çox geniş imtiyazları vardı. Xalıq əmi qəti bu imtiyazlardan istifadə etmirdi. Həttə təsa düfən aptekin ticarət zalına keçəndə, onu hamı kimi dərman almaq üçün növbəyə dayanan görərdim. Halbuki, müharıbə iştirakçıları növbədənkənar və pulsuz təmin olunurdular. Öz şəxsi işindən ötru başqalarını narahat etməkdən, özgəsi üçün qayğı, problem yaratmaqdan heç xoşu gəlmirdi.

Xaliq QURBANOV

Xalıq Qurbanov


Hər dəfə görüşəndə onun mənə “qardaş oğlu” deyə müra ciət etməsi, qəlbimdə fərəh hissi doğururdu, sanki mənə dün yanı hədiyyə edirdilər, iftixar hissi keçirirdim. Çünki o atamın ağsaqqalı, dostu idi. Ona göstərdiyim məxsusi qayğı və ehti ramdan, onun da daxili qürur hissi keçirdiyini duyürdum. Çün ki 2-3 gündən sonra əks-sədası gəlib mənə çatırdı. Atam evə gələndə deyərdi:
- Xalıq əmin deyirdi: Allah saxlasın, Xodaşirin məni yaxşı qarşıladı.
Əslində, bu onun haqqı idi, çünki alıcənablığı da, müdrik liyi də özü qazanmışdı. O elə belə kişilərdən deyildi, cəsur, sözünü deyən, sözündə bütöv, kimsənin qarşısında əyilmə yən, mərd, mübariz adam idi.
Uzun illər ərzində doğulduğu Qizilavar kəndində “M. F. Axundov” adına sovxozun (əvvəllər kolxozun sədri) direktoru vəzifəsində işlədi. Ötən əsrin 70-ci illərində rayonda xalqın təssübünü çəkən, sözünü deyə bilən, rəhbər vəzifədə işləyən ağır çəkili kişilərin sayı bitib tükəndiyi, ”aminçi”lərin sayının artdığı bir vaxtda Xalıq əmiyə qarşı da hücumlar oldu. Rayko mun büro iclasında, ”hakimi - mütləq”lərin əhatəsində, yüzlərlə partiya fəalının hüzurunda özündən müştəbeh 1-ci katibin üstünə hücum çəkərək, uca səslə:
- “Mən muharibənin od-alovundan sağ-salamat çıxmışam, məni Hitler öldurə bilməyib, ındi sən məni məhv etmək istəyirsən?” - deməyə cəsarətli, qeyrətlı kişi olmaq lazım idi. Xalıq əmi belə bir kişi idi. Mən onu arxamda dayanan əzə mətli, möhtəşəm, uca dağlardan biri hesab edirdim.
Aqillər deyiblər ki, üç şey kişini əbədiyaşar edər - xeyirxah əməlləri, qoyub-getdiyi irs, fərasətli övladları. Düşünürəm ki, Xalıq əmini insanların qəlbində yaşadan, onu tarixlərin yadda şına qızıl hərflərlə həkk edən, aqıllərin bu müdrik kəlamını özünə həyat amalı seçməyi olmuşdur.
Xalıq əmini mən hər dəfə xatırlayanda köksümdə sanki məşəl yanır, çünki o sevilməyə layiq əsil İNSAN idi. Onun təlatümlu, keşməkeşli, əzablı lakin mübarizələr, paradokslar, qəhrəmanlıqlarla zəngin və mənalı həyat yolu, hələ bundan sonra da neçə-neçə gənc nəslə örnək olacaq, onların ömur yoluna sayrışan mayak kimi yol bələdçisi olacaq.
Bu dünyada təkcə günəşin hərarətindən deyil, pak və müqəddəs insanların nurunun şöləsindən də isinmək olar. Xalıq əmı belə parlaq və unudulmaz simalarımızdan biri idi. O təkcə ailəsini - balalarını deyil, insanları xoşbəxt etmək üçün ali və nəcib məqsədlərə xidmət edən adam idi. Mənim xatirəmdə o bu cür qalıb. Onu belə tanıdım və belə sevdim.
Ulu Tanrıdan “Xalıq əmiyə” - Xalıq Qurbanova rəhmət diləyərək, qəbri nurla dolsun deyirəm!

Müsahibəni hazırladı: 

Xodaşirin Cəbiyev

Həkim, yazıçı-publisist

"ALƏM" jurnalı N; 8

Əlaqəli xəbərlər