Dillər

QARA İLAN

Ebilhesen01.jpeg

Əbil HƏSƏN           

Müharibə hərədən bir şey almışdı. Mən də qayıdanda tək qol və bədənimin müxtəlif yerlərində qəlpələrlə qayıtmışdım. Üstündən illər keçsə də bəzən gecələr ağrıdan yata bilmirdim. Elə olurdu ki, səsimə uşaqlar da oyanıb ətrafıma toplaşırdılar. Böyük oğlum Azad tez-tez boynumu qucaqlayıb mənə təskinlik verirdi. O yaşına yaraşmayan bir ciddiliklə yumuruqlarını sıxaraq:-"Ata, narahat olma.Mən böyüyəndə əsgər olacam.Torpaqlarımızı geri qaytaracam.Şəhidlərimizin və yaralılarımızın qisasını alacam."-deyirdi.Qəhər onu boğurdu.Ağlamaqdan özünü güclə saxlayırdı. O zaman onun səkkiz yaşı var idi.İlllər biri-birini əvəzlədikcə yaşımızın üstünə yaş gəlirdi.Azad böyüdü. Bizim təkidimizə baxmayaraq kişi kimi sözünün üstündə dayandı. Əvvəlcə C.Naxçıvanski adına hərbi litseyə daxil oldu.Oranı uğurla bitirib,hərbi təhsilini davam etdirmək üçün Türkiyədə Ali Hərbi məktəblərin birinə qəbul olundu.Bir müdətdən sonra, təhsilini müfəvvəqiyyətlə başa vurub vətənə qayıdaraq Milli ordu sıralarında, döyüş bölgələsində zabit kimi hərbi xidmətə başladı. Xidmət etdiyi hərbi hissə düşmən mövqeləri ilə üzbəüz idi.Atəşkəs rejimi olsa da düşmənlər tez-tez atəşkəsi pozdular.Azadgil onları cavab atəşi ilə yerlərində oturdurdular.Bəzi hallarda isə hücuma keçib onları tutduqları mövqelərindən qovurdular.Nümunəvi xidməti sayəsində Azadın hərbi rütbəsi artırılır,dövlət tərəfindən tez- tez mükafatlandırılırdı.Ona hərbi şəhərcikdə üç otaqlı mənzil də vermişdilər. Azadın yaşı iyirmi beşi ötmüşdü.Evlənmək vaxtı çoxdan çatmışdı.Nişanlısı var idi.Tezliklə evləndirmək istəyirdik.Yoldaşımla qərara aldıq ki,onu xidmət etdiyi bölgəyə gedib həm mənzilinə baş çəkək ,həm də toyun vaxtını təyin edək. Bizi Azadın özü qarşılayıb evinə apardı.Biz bir aneçə gün onun yanında qalıb məsləhətləşərək toy gününü təyin edib evə qayıtdıq.Azad bizə söz verdi ki,toya iki gün qalmış məzuniyət götürüb gələcək.Bu müddətdə biz artıq toya tədarükü görməyə başladıq.Bu işdə bizə qohumlar və Azadın dostları kömək edirdilər.İşlərimiz yağ kimi gedirdi. Hər şey qaydasında idi. Lakin yoldaşım tez-tez narahat olur və mənimlə bölüşürdü:"Bizim işlərimizin belə asan getməyi məni yaman qorxudur.Axı bizim hər kiçik işimiz də böyük çətinliklərlə başa gəlib."-Mən isə ona təskinlik verirdim.Biz artıq Azadın evinə lazım olan əşyaları alıb yerləşdirmişdik.Azadla tez-tez telefonla danışırdıq :-"Narahat olmayın !Dediyim vaxta gələcəyəm "-deyirdi.Artıq toyun vaxtı yetişirdi.Biz demək olarki hər şeyi həll etmişdik. Toy həyətdə olacaqdı. Bunun üçün mağar da danışmışdıq.Toyun başlamasına üç gün qalırdı.Mən bərk həyəcanlanırdım.Axı həyatımda ilk dəfə idi ki, oğluma toy edirdim.Yaxınlarımız mənim həyacanlanmağımın əbəs olduğunu, əllərindən gələn köməyi göstərəcəklərini deyirdilər.Sabah Azad məzuniyyətini götürüb gələcəkdi.Biz onun yolunu həsrətlə gözləyitdik.Gecədən xeyli keçsə də həyacandan yata bilmirdim. Yuxuya necə getdiyimi bilmədim.Yuxuda qara bir ilanın bizim həyətə girmək istədiyini gördüm.Qara ilan ha çalışırdı ki, həyətə girsin, amma yol tapmırdı. O yarıya kimi dikəlib başı ilə dəmir darvazanı döyməyə başladı.Yuxdan dik atıldlm.Hələ yuxunun təsirindən çıxmamışdım.Bu zaman darvazamızı döyürdü."Kim ola bilərdi sübh tezdən? Azad bu tezlikə gələ bilməzdi."-özümə sual verərək qapını açmağa getdim.Qapın açar -açmaz hərbi geyimli bir neçə nəfər salamsız -kalamsız içəri keçdilər.Onlar lal -dinməz üzümə baxırdılar.Sanki deyəcəkləri sözdən qorxurdular.Onlar darvazadan çölə tərəf baxırdılar.Mən də istər-istəməz baxışlarımı onların baxdığı səmtə tərəf yönəltdim.Küçəyə tərəf baxanda gözlərimə inana bilmədim.Maşında bayrağa bükülü tabut var idi.Hərbçilərdən biri mənə yaxınlaşaraq zəif səslə:-"Dünən düşmən tərərəfi atəşkəs şərtlərini pozaraq torpaqlarımıza hücum etmişdi.Azadın dəstəsi düşmənlərə layiqli cavab verərək geri geri çəkilməyə məcbur edib, özü də düşmən gülləsinə tuş gəlib."-dedi. Yuxmdakı qara ilan yadıma düşdü.Demək qara ilan qara xəbər imiş.Məni bir sual düşündürüdü.Bu xəbəri Azadın anasına necə deyəcəkdim?Axı biz onun toyuna hazırlaşırdıq.Sabah evimizə gəlin gətirəcəkdik.

Əlaqəli xəbərlər