Dillər

"Qiyməti rus arağından ucuz olan KİTABIM ALINMIR" - yazıçı gileyləndi

1522598202_ab2.jpg

Bunu necə başa düşmək olar?! Bəlkə ermənilərlə olan işbirliyindən çəkinirsiniz?

Manevr.az xəbər verir ki, bunu yazıçı Süleyman Hüseynov deyib. O kitabının satılmadığından gileylənərək, Rusiyada yaşayan həmvətənlərimizi qınayıb:

"Sözüm Rusiyada yaşayan həmvətənlərimədir. Son zamanlar tez-tez sosial şəbəkələrdə gen-bol yeyib-içmək məclisləri reklam olunur. Hamınıza nuş olsun! Məni bir şey maraqlandırır. Bir ildən artıqdır sizlərə müraciət etmişəm. Ayrı-ayrılıqda bəzi şəxsi tanıdığım, talış bölgəsinin, öz kəndimizdən olanlara, hətta qohumlarıma şəxsən müraciət etmişəm. Xahiş etmişəm Qarabağ, vətənpərvərlik mövzusunda olan, Rusiyada yaşayan azərbaycanlıların həyatından bəhs edən, tənqidçilərin qeyd etdikləri kimi, erməni məkrinin obrazlı təhlili verilmiş və rus dilində nəşr olunmuş "AND"("KLYATVA") romanımın (Kitabın azərbaycan dilində nəşri Mədəniyyət və Turizm nazirliyi tərəfindən edilmişdir) yayılmasına kömək etsinlər. Təəssüf ki, indiyədək bir nəfər də olsun qiyməti rus arağından ucuz olan kitabdan almayıb və oxumayıb. İstərdim məni düzgün başa düşəsınız. Mənim indiyədək çap olunmuş 12 kitabımdan 12 qəpik qazancım olmayıb. İndi də maddi ehtiyacım yoxdur. Şükür Allaha dövlət və övladlarım qayğımı çəkirlər. Mənə təsir edən sizin biganəliyinizdir. Şikayət edirdiniz latın qrafikası ilə oxuya bilmirsiniz. Bəs buna nə deyirsiniz?!Hansı vətənpərvərlikdən,birlikdən danışırsınız?!
Hər sağlıq deyəndə "Qarabağ bizimdir!" deyirsiniz, amma Qarabağ həqiqətləri yazılan kitabı yaymaq istəmirsiniz. Bunu necə başa düşmək olar?! Bəlkə ermənilərlə olan işbirliyindən çəkinirsiniz?
Nə isə...Bir onu bilirəm bu cür təfəkkürlə axırı yoxdur. Allah özü kömək olsun bu millətə..."

Əlaqəli xəbərlər