Dillər

Yeni nəşr: “Azərbaycan ədəbiyyatında erməni xisləti”

15255315106284730003_1000x669.jpg

Filologiya üzrə elmlər doktoru, professor Buludxan Xəlilovun “Azərbaycan ədəbiyyatında erməni xisləti” kitabı “Adiloğlu” nəşriyyatında çapdan çıxıb.

AZƏRTAC xəbər verir ki, kitabın elmi redaktoru siyasi elmlər üzrə elmlər doktoru, professor Hikmət Babaoğlu, rəyçiləri isə filologiya üzrə fəlsəfə doktoru Ağasən Bədəlzadə və tarix üzrə fəlsəfə doktoru, Dövlət mükafatı laureatı Nazim Mustafadır.

Müəllif Mirzə Fətəli Axundzadənin, Cəlil Məmmədquluzadənin, Nəriman Nərimanovun, Cəfər Cabbarlının, Üzeyir Hacıbəylinin, Yusif Vəzir Çəmənzəminlinin yaradıcılığı əsasında ermənilərin qorxaqlığı, ikiüzlülüyü, müsəlmanları əsas hədəf kimi götürmələri, milli ədavətin qızışdırıcısı və iştirakçısı olmaları kimi məsələləri şərh və təhlil edib.

Bundan başqa, nəşrdə erməni-müsəlman münasibəti, ermənilərin qonşu xalqlara xəyanəti, hazırda yaşadıqları əraziyə gəlmələri, həmişə “xristianlıq mərhəməti”ndən öz mənfəətləri naminə istifadə etmələri bədii mətnlərə istinadla oxuculara təqdim olunub.

Əlaqəli xəbərlər