Dillər

SENSASİON AÇIQLAMA: Kreml Qarabağla bağlı Bakı ilə təmasa keçir

ilham_aliyev_putin_photo_246.jpg

Tolpress.az Strateq.az-a istinadən "Reqnum" agentliyinin redaktoru və politoloq Stanislav Tarasovun məqaləsini təqdim edir:

Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə danışıqlar prosesində fasilə yaranıb. Bu durumu Rusiya XİN rəsmi təmsilçisi Mariya Zaxarova göstərib. Onun sözlərinə görə, “Ermənistan indi qəliz siyasi dövr yaşayır” və “buna baxmayaraq, siyasi mühitdə hüquqi konstitusiya meydanında xalqın, siyasi güclərin, siyasi hərəkatların rəhbər qurumlarının tərkibiylə bağlı müəyyənləşdiyi vaxtı, durumun tam sabitləşməsini gözləmək gərəkdir”.

Zaxarova ehtimal edir ki, bundan sonra “xarici siyasət problemlərinin, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üçün bütün imkanlar” meydana çıxacaq.

Nikol Paşinyan mayın 8-də parlament toplantısında hökumət başçısı seçiləcəyi halda hökumətin tərkibi müəyyən edilməlidir. Bax, erməni hüquqşünasları bununla bağlı bunu deyirlər. Siyasi münaqişə tərəfləri hökumət başçısı seçiləndən sonra parlamentin buraxılmasına təşəbbüs edəcəklər. Konstitusiyaya əsasən, bu, deputatların Nazirlər Kabinetinin proqramını iki dəfə bəyənməyəcəyi halda baş verəcək. Bu, “indiki durumdan səmərəli çıxış yoludur, çünki parlament respublikasında azlığın hakimiyyətdə, siyasi çoxluğun müxalifətdə olduğu durumu təsəvvür etmək çətindir ki, bu da konstitusiya böhranına birbaşa yoldur”.

Dövriyyədəki məlumatlara əsasən, Ermənistanda erkən parlament seçkiləri cari ilin payızında keçiriləcək. İstənilən halda xəbər verilir ki, bu cür anlaşma hələ də hakim Respublika Partiyası (ERP) və “Yelk” (“Çarə”) parlament fraksiyasının başçısı Paşinyan arasında əldə olunub. Sonra təzədən yeni hökumət formalaşdırılmalıdır. Onun necə – koalisiya, yaxud birpartiyalı olacağını söyləmək çətindir.

İstisna etmək olmaz, amma daha çox böyük ehtimalla güman etmək olar ki, seçki kampaniyasının gedişində siyasi partiyalar və bloklar arasında amansız mübarizə müşahidə edəcəyik. Belə ki, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə danışıqlarda fasilə ilin axırına qədər uzana bilər. Yada salaq ki, bu, əvvəlcə Ermənistanda idarəçiliyin prezident formasından parlament formasına keçidin başa çatması və apreldə Azərbaycanda erkən prezident seçkiləri üzündən yaranıb. Bununla yanaşı, həm ATƏT MQ qrupunun həmsədrləri, həm də münaqişə edən tərəflər uzlaşdırılmış ümumi qaydalarla oynayaraq danışıqları məxfilik möhürü altında saxlayıb, lakin danışıqlar masası arxasında müzakirə olunan və seçkilərdən sonra nəzərdən keçirilməli olan hansısa yeni ideyaları da aşkarca göstəriblər.

Bəs indi nə olacaq? Bununla bağlı Azərbaycanın fəaliyyəti yaranmış yeni şəraitdə çox önəmli əhəmiyyət kəsb edir.

“Regnum” İA artıq qeyd edib ki, respublikada özgə səslər eşidilsə də, Bakı özünü ağıllı aparır, Ermənistandakı siyasi böhrandan Dağlıq Qarabağ probleminin zorakı ssenariylə həllinə keçid üçün bəhanə kimi isitfadə etmək cəhdlərindən şübhələnməyə əsas vermir.

Minsk Qrupunun həmsədr ölkələri və Beynəlxalq Böhran Qrupu (BBQ) “Azərbaycan hökumətinin yüksəkçinli təmsilçilərinin adi hərbi ritorikadan vaz keçdiklərini” alqışlayıb. BBQ bu müsbət prosesi möhkəmləndirmək üçün münaqişə edən tərəflərdə “bir-biri haqda yanlış təsəvvür yaranmaması” məqsədilə ATƏT MQ-yə bölgədə iştirakını fəallaşdırmağı təklif edib.

Buna baxmayaraq, Azərbaycan prezidenti yanında Strateji Asraşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədov yazır ki, Bakı “Ermənistanda qısamüddətli perspektivdə danışıqlar aparmağa səlahiyyəti çatanların meydana çıxmasını gözləməyə dəyməyəcəyi”nə hazır olmalıdır. Bu, birincisi. İkincisi isə, “Ermənistanda erkən parlament seçkilərindən sonra formalaşan hökumət öz gündəliyini təklif etməklə mövcud çalışmaları nəzərə almadan danışıqlar aparmağa başlayacaq”.

Bəzi erməni ekspertlərinin hesab etdikləri kimi, bütün əlamətlərə əsasən, Paşinyan Stepanakerti (mətndə bu cürdür-tərc.) münaqişənin danışıqlar prosesinə qaytarılması gərəkən tamdəyərli tərəfi qismində göstərməyə can atacaq. Həm də Paşinyanın erkən bəyanatlarına əsasən Qarabağ tənzimlənməsi haqda onun mövqeyi haqda fikir yürütmək vaxtsız olardı.

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev bununla bağlı Qarabağ problemi üzrə parlamentdə təcili dinləmələr keçirmək təklifilə çıxış edib. Onun sözlərinə görə, “KİV-də haqqında danışılması mümkün olmayan, amma parlamentdə qapalı rejimdə müzakirə etmək mümkün olan çalarlar var”.

Məlum olduğu kimi, söhbət “bu gün Ermənistanda qərbçilərin irəli keçməsi və Azərbaycanın bundan fayda götürə biləcəyi səbəbdən Azərbaycan və Rusiyanın müəyyən maraqlarının üst-üstə düşməsi” imkanları haqda gedir. Bunun belə olub-olmadığı haqda mülahizə yürütmək hələlik tezdir.

Fikrimizcə, burada başlıcası budur ki, hər halda Bakı Dağlıq Qarabağ probleminin həllində güc ssenarisinə əl atmamaq istəyini göstərir və özünün xarici siyasət kursunun mümkün dəyişikliyi haqda eyham vurur. “Mən həmişə demişəm ki, – Həsənquliyev dəqiqləşdirir, – Azərbaycan Rusiyanın maraqları nəzərə alınmaqla onunla danışıqlar aparmalıdır. Moskva bizə ərazi bütövlüyümüzü bərpa etmək imkanı vermək üçün əmin olmalıdır ki, bölgədən tam şəkildə sıxıdırılıb çıxarılmayacaq. Buna görə də Rusiya ilə danışıqlar aparılmalıdır”.

Beləliklə, Ermənistan sarsıntıları bölgədə durumu dəyişir, Dağlıq Qarabağ münaqişəsi isə təkcə Bakı və İrəvan arasında daha fəal “birləşmiş qab” olmur. Qəliz durumdan çıxmaq üçün yeni ideyalar və yeni gedişlər gərəkdir.