Dillər

“Biz bu şərəfsizliyi boynumuza alıb oturmamalıyıq” – Qarabağ üçün mitinqə icazə verilmədi

Akif-NAgi.jpg

Qarabağ mitinqinin keçirilməsinə icazə verilməyib.
Moderator.az xəbər verir ki, bu barədə Qarabağ Azadlıq Təşkilatı (QAT) sədri Akif Nağı məlumat verib. O deyib ki, ola bilsin, Qarabağın azadlığı tələbinin gündəmə gəlməsini istəmirlər. QAT sədri mitinqdə iştirak etmək istəyənləri ruhdan düşməməyə səsləyib:

“Mitinqlə bağlı isə bildirmək istəyirəm ki, heç kəs ruhdan düşməsin, mitinq məqsəd deyil, Qarabağın azadlığı üçün vasitələrdən biridir. Mübarizəmiz davam edir, bu yolda bütün vasitələrdən, o cümlədən mitinqlərdən də istifadə edəcəyik. Biz yerimizdəyik, mübarizəmizi də davam etdiririk, qələbə hökmən bizim olacaq”.

Akif Nağı Ermənistanın yeni seçilən baş nazirinin Şuşaya getməsinə də münasibət bildirib:

“Erməni gədəsi Paşinyan Dağlıq Qarabağa, Şuşaya gedir, özünü oraların ağası kimi aparır, ağzına gələni danışır. Bunu özümüz üçün təhqir və şərəfsizlik sayırıq. Biz bu şərəfsizliyi boynumuza alıb oturmamalıyıq. Müharibəni başlamaq üçün nəyiniz çatmır axı? Biz bu suallara cavab tələb edirik”.

Vasif Əlihüseyn