RUDXAN ĞALƏ

rudxan.jpgRudxan nomədə tarixinə ğalə çı Qiloni əyoləti Fumən şəhrədəye. Çı ğalə divoon bə i həzo penc sa metrə dırozi rəsedə. Im ğalə şestı penc qılə qulləku iborəte. Kali mutəxəssison ım ğalə dutə vaxti bə Səsaniyon hukumətəti zəmonə votedən, co kaliyon ısəboy, ımi bə Səlcuqon zəmonə anqıl kardedən. Im ğalə çı Rudxani barzə rəğəsəon qıləyədə, dı hektar, şəş soti vırə qətedə. Həmən, ım ğalə çı dıyo səviyəsən haft sa metrə bə pe ğərolış qətə. Bo Rudxani ğalə vindeyro bəpe çı nezə diyku vəyo haft km ro bışiy, iyən i həzo qılə pıllə rost bıbiy. Çı ğalə har dıqlə kəmo ru eşuredə. Iyo vində bedə, çı ğalə nomən hejo çımiku peqətəbə. “ Rudxanə” Sıvoy bı nomi, çı ğalə dıqlə co curə nomışən heste. Xisami iyən Həzo pıllə.

Rudxanə ğalə dı poəku iborəte. Çəy həşieşə səmtədə hukmdoron deştə hərəmon jiyedənbən. Iyo, kərpuçədə ejəbə dımərtəbə ğalə heste. Həşipemə səmtədə ısəboy, çı ğalə qərdəni kəşə ləşkəri ğıvvon ğərol qətedənbən.
Çı həşipemə ğalə donzə qılə bəəj heste. Həmom, Zindon, bo beşeyro etyot kəybə iyən ovə nov. Çı həşieşə ğaləən donzə qılə bəəj heste. Iyoən Ovi ro, ovdon, ambo, zirzəmi, həmom iyən bo podşoh xıyzoni etyociro ovə nov heste.
Ğalə divo səpe bə dırozəkilə, sıvoy şestı penc qılə qərdəniyə qullon, bə restə hılon hestin ki, çı hılono bə dışmeni qullə ğandendənbən iyən bəçəvon sə qılov yaən co çiyon peş kardə bedənbən. Imi ğeyd karde vocibe ki, hələ hıç qılə dışmeni ləşkəri zuj vışkiyəşni bıstəno ım ğalə bə dast.

Bağırov necə və niyə güllələndi?

 1532978013_stalin-bagirov.jpg

Stalin Əzrayılla çarpışanda bəlkə də dünya tarixində ilk dəfə Siyasi Büro üzvləri toplaşaraq sağ adamın varislərini seçdi.

Əslində qalsa, Stalin öz yaxın ətrafı ilə də biryolluq üzülüşmək istəyirdi.

Ardını oxu...

Üzeyir bəy və Soltan Məcidə edilən xəyanətlər - Qoridə azərbaycanlılar niyə sıxışdırılırdı?

1532809399_189688.jpg

Rəsmi adı Zaqafqaziya Müəllimlər Seminariyası olan, el içində isə Qori Müəllimlər Seminariyas adlandırılan “böyük universitet” xalqımıza bir sıra görkəmli simalar bəxş edib. Onların arasında "Azərbaycan" qəzetinin əməkdaşları da olub.

Ardını oxu...

Nəriman Nərimanov. Cümələr oynayan (truppaya) teatrçılara açıq məktub

Neriman-Nerimanov.jpg

Mən eşitdim ki, siz mənim “Nadir şah” ünvanlı əsərimi məndən xəbərsiz oynamaq üçün polisdən rüsxət alıbsınız. Bu əhvalat mənə böyük təsir etdi. Yaralarınız onsuz da çoxdur. İndi siz vadar edirsiniz ki, mən haman yaralardan birini camaata elan edim. İndi siz vadar edirsiniz ki, “qurd olub quzu cildində” camaatı “düz” yola dəvət edənləri mən camaata göstərəm.

Ardını oxu...

Dərələyəzdə erməni vəhşilikləri

1531870955_cymera_20180718_033724.jpg

Mənfur düşmənlərimiz bu tarixi yurdumuzda da abidələrimizi erməniləşdirməyə cəhd göstəriblər.Ermənilərin Azərbaycan torpaqlarına iştahlanmasının tarixi uzundur.

Ardını oxu...

DAŞNAK GENERALINI ÖLDÜRƏN MAARİFÇİ

37014569_1808974349149345_6363518382926462976_n.jpg

Səməd ağa Vəli ağa oğlu Kəsəmənli 1868-ci ildə Göyçə mahalının Zod kəndində anadan olub. Atası Vəli ağadaan təsərrüfat işlərini öyrənmiş böyük var dövləti, geniş əraziləri olmuşdur. Böyük Məzrədən başlamış Kəlbəcərin Dəmirçidam kəndinə qədər və Dərə kəndi onun ixtiyarında idi.

Ardını oxu...

ZƏNGƏZURU ERMƏNİLƏRƏ KİM SATDI

stalin.jpg

(Vətən torpaqları tarixi düşmənlərə peşkəş edilirdi)

Azərbaycanın əzəli torpaqları ola Zəngəzur ermənilərə peşkəş edilirdi.
Zəngəzurun bir hissəsinin Ermənistana verilməsində AKP MK Siyasi və Təşkilat bürolarının birgə iclasının (30.11.1920) böyük “xidməti” olub və qəbul etdiyi “tarixi” qərarlara aydınlıq gətirmək məqsədilə orada iştirak edənlərin tərkibinə də mütləq diqqət yetirilməlidir.

Q.Orconikidze, Sarkis (S.Ter-Danielyan), Y.Stasova, Q.Kaminski, N.Nərimanov, Ə.Qarayev, M.Hüseynov və s. iclasda 3-cü məsələ kimi “Ermənistan İnqilab Komitəsinin Ermənistanda Sovet hakimiyyətinin elan olunması haqqında teleqramı” müzakirə edilmiş və geniş bir qərar çıxarılmışdı.

Həmin qərarın “v” bəndində yazılırdı: Sovet Azərbaycanı ilə Sovet Ermənistanı arasında heç bir sərhəd mövcud deyildir. İclasın və qərarın, demək olar ki, başlıca məqsədi onun mərkəzi bəndində (“q”) öz əksini tapmışdı.

Orada deyilirdi ki, Zəngəzur və Naxçıvan Ermənistana keçir. Digər bəndlərdə isə yazılırdı: d) Qarabağın dağlıq hissəsinə öz müqəddaratını təyin etmək hüququ verilir;
e) Sovet Azərbaycanı Sovet Ermənistanı ilə qırılmaz hərbi və təsərrüfat ittifaqı bağlayır (o cümlədən, neft haqqında göstərilsin).
“J” və “İ” bəndlərində isə N.Nərimanova bütün bunlar barədə Bəyanat hazırlamaq və onu Bakı Sovetinin plenumunda elan etmək tapşırılırdı.

Zəngəzurun ermənilərə verilməsi, əslində isə “bağışlanması” istiqamətində daha bir addım 1920-ci il dekabrın 1-də atıldı.
Həmin gün Bakı Sovetinin Ermənistanda Sovet hakimiyyəti qurulması münasibətilə keçirilən, təntənəli “tarixi” iclasında N.Nərimanov Bəyanatla çıxış etdi. “Sovet Azərbaycanı Ermənistan və Zəngəzurda ən yaxşı yoldaşlarımızın-kommunistlərin günahsız qanını tökmüş və tökən daşnakların hakimiyyətinə qarşı əməkçi erməni xalqının mübarizəsinə yardım göstərərək elan edir ki, bundan belə heç bir ərazi məsələləri əsrlərdən bəri qonşu olan iki xalqın: ermənilərin və müsəlmanların bir-birinin qanını tökməsi üçün səbəb ola bilməz; Zəngəzur və Naxçıvan qəzalarının ərazisi Sovet Ermənistanın bölünməz ərazisidir.

Bakı Sovetinin həmin iclasındakı çıxışında “əzabkeş erməni xalqının” Sovet hakimiyyətinin bayrağı altına gəlməsini alqışlayan Q.Orconikidze bu bəyanatı “bəşəriyyət tarixində nümunəsi olmayan mühüm əhəmiyyətli tarixi akt” kimi qiymətləndirmişdi. Həmin çıxışında o, Azərbaycanın strateji bölgələrinin əhəmiyyətini azaldaraq demişdi:

“Zəngəzur, Naxçıvan və Qarabağ ruslar üçün heç nə deməkdir. Zəngəzur məhsulsuz dağlardır, taxılı yox, suyu yox, Naxçıvan bataqlıq və malyariyadan başqa bir şey deyildir, Qarabağda da heç nə yoxdur. Və budur yoldaş Nərimanov deyir: “Onları özünüzə götürün. Bu məhsulsuz torpaqları Ermənistan üçün götürün”. Sanki Sovet Azərbaycanı artıq yükdən xilas olur”

O vaxt Azərbaycan torpaqlarının ermənilərə verilməsinin (“bağışlanmasının”) həmin dövrdə və gələcəkdəki acı nəticələrini dərk edənlər və buna qarşı çıxanlar da az olmamışdı. M.Rəsulzadə yazırdı: “Ermənistanda dəxi bolşevik hökuməti təsis edər-etməz rus siyasəti Nəriman bəyin səxavətkar ağzı ilə iki gün əvvəl müdafiə eylədiyi Zəngəzur ilə Naxçıvan qəzasını təntənəli bir sürətdə Ermənistana hədiyyə etdi”.

N.Nərimanovun tarixi torpaqlarımızı ermənilərə hədiyyə etməyinə, 40.000dən çox əhalinin öldürülməsinə səbəb olan ruslarla yan-yana olmasına baxmayaraq onun etdiyi müsbət addımları ( Dərbənddə bir neçə dəfə xəstələri pulsuz müayinə edib, Bahadır və sona romanını yazıb, öz ölkəsinə qarşı bu hərəkətləri könülsüz edirdi) nəzərə alaraq onu necə qəbul etməli və adlandırmalıyıq?

Qeyd: Fotodakı şəxs xalqımızın düşməni Stalindir.

(mənbə: https://www.facebook.com/DifaiTSK/)

Cümhuriyyət hökumətinin İranla əlaqələri necə idi?

 _101070769_gettyimages-3348212.jpg

Əvvəlki hissədə göstərildiyi kimi İranın Xəzər sahilinə çıxan bölgələrində Azərbaycan Respublikasını böyük ticari imkanlar gözləyirdi. İran ixracatının 60-70 faizinin istehsalı ənənəvi olaraq məhz həmin regionun payına düşüb. Azərbaycan və xüsusilə Bakı-Batumi dəhlizi isə Avropa bazarına aparan təbii çıxış idi.

Bəs milli hökümət iqtisadi imkanları gəlirli xarici ticarətə çevirə bildimi? Təəssüf ki, o dövrün reallığında ciddi siyasi və iqtisadi problemlər mövcud idi.

Ardını oxu...

Bu gün Bəqi qəbristanlığının vəhhabilər tərəfindən dağıdıldığı gündür – 8 şəvval

beqi-qebirstanligi.jpg

Bəqidə çoxlu sayda səhabə və tabein məzarları vardır. O cümlədən bu qəbristanlığda 4 məsum İmamın (ə): İmam Həsən (ə), İmam Zeynul-Abidin (ə), İmam Məhəmməd Baqir (ə) və İmam Sadiqin (ə) pak və şərif məzarı vardır.

Ardını oxu...

Tarixin dəhşətli hadisəsi: 50 min uşaq ölümə göndərildi – Video

1529067215_usaq-selib.jpg

Tolpress.az Axar TV-yə istinadla tarixin ən dəhşətli hadisələrindən sayılan, 1212-ci ildə xristian Avropasının səbəb olduğu dünyanın ən böyük uşaq qırğını - ''uşaqların səlib yürüşü" haqqında qısa süjeti təqdim edir:

Ardını oxu...

Məşhur iş adamı ABŞ prezidentini necə aldatdı? - PAYTAXTLARIN TARİXİ

Pay-1.jpg

Ölkənin ən böyük və ən məşhur şəhəri hələ paytaxt demək deyil. Bir sıra ölkələrin paytaxtı iri şəhərlərin kölgəsində qalır. Amma bu onların əhəmiyyətini azaltmır - əksinə son illər iri şəhərlərin yükünü yüngülləşdirmək üçün paytaxtların kiçik şəhərlərə köçürülməsi dəbə çevrilib. Tarixdə isə ölkənin ən mühüm şəhərləri bəzən zərurətdən, bəzən isə sadəcə şıltaqlıq nəticəsində yerini dəyişməli olub. FED.az tarixdə məşhur paytaxt dəyişmə əhvalatlarını təqdim edir.

Ardını oxu...

1 -dən səhifə 6

Əlaqəli xəbərlər