Dillər

DAŞNAK GENERALINI ÖLDÜRƏN MAARİFÇİ

37014569_1808974349149345_6363518382926462976_n.jpg

Səməd ağa Vəli ağa oğlu Kəsəmənli 1868-ci ildə Göyçə mahalının Zod kəndində anadan olub. Atası Vəli ağadaan təsərrüfat işlərini öyrənmiş böyük var dövləti, geniş əraziləri olmuşdur. Böyük Məzrədən başlamış Kəlbəcərin Dəmirçidam kəndinə qədər və Dərə kəndi onun ixtiyarında idi.

Göyçə mahalında elmə və təhsilə diqqət yetirən qabaqcıl adamlar sırasında Səməd ağanın xüsusi yeri vardır. O, yüksək mədəniyyətə malik olan bir şəxs kimi xalqın maariflənməsinə daim maraq göstərən, istedadlı və bacarıqlı uşaqların Avropanın böyük şəhərlərində təhsil almasına şərait yaradan, maddi köməklik göstərən adlı-sanlı bir tarixi şəxsiyyətdir.

O, Avropanın məşhur təhsil ocaqlarında təhsil görmüş və beş dili mükəmməl bilən Mirzə Bəylərin və Mirzə Əsgərin təşəbbüsü ilə 1885-ci ildə Zod kəndində məktəb açır və məktəbin xərclərini öz üzərinə götürür. O həm də Mirzə Bəylərin və Hacı Əliş ağanın vasitəçiliyi ilə “Molla Nəsrəddin” jurnalının Göyçədə yayılmasına geniş imkan yaradanlardan biri olmuşdur.

Daşnak generalı Sulikovun öldürülməsi tədbirinin təşkilatçısı olmuşdur.

2 may 1918-ci ildə Daşnak generalı Sulikovun öldürülməzdən əvvəl başçılıq etdiyi terror qrupu üzvləri Zodlu (Göyçə mahalı) Səməd ağanı qətlə yetirirlər.

(https://www.facebook.com/DifaiTSK/)

Əlaqəli xəbərlər