Dillər

Qarabağda təşviş: Ermənilər kütləvi şəkildə cəbhəboyu kəndləri tərk etməyə başlayıblar

koc20072018.jpg

Ermənistan hərbi siyasi rejiminin Azərbaycanın guya cəbhəboyu zonaya qoşun toplaması, aktiv döyüş əməliyyatlarına hazırlaşması barədə saldığı hay-küy öz bəhrəsini verib, ancaq bumeranq effekti ilə.

Avropa.info “ordu.az”a istinadən xəbər verir ki, düşmən ordusu tərəfindən işğal olunmuş ərazilərimizdə, əsasən də cəbhəboyu zonaya yaxın məskunlaşan ermənilər evlərini tərk etməyə başlayıblar.

Ağdərə rayonu ərazisində polis sahə müvvəkili kimi xidməti edən Lernik Hambartsumyan bu barədə danışaraq bildirib ki, faktın gizlədilməsinə və rəsmi açıqlama verilməməsinə baxmayaraq, əhali ön xəttə yaxın yerləşən kəndləri tərk etməyə başlayıb.

Onun sözlərinə görə, yaradılan bütün süni manelərə baxmayaraq, döyüşlərin başlamasından qorxuya düşən əhali fürsətdən istifadə edərək buradan uzaqlaşır. Rüşvətxorluq və saxtakarlıq isə bu axının daha da surətlə getməsinə əlavə təkan verir.