Dillər

Antarktidada bəşəriyyəti gözləyən fəlakətin əlamətləri aşkar olundu...

1532808517_189686.jpg

İrvaynada Amerikanın Kaliforniya universitetinin alimləri Şərqi Antarktidada böyük buzlaqların, o cümlədən Totten buzlağının və Moskava universiteti buzlağının əriməsini aşkar ediblər. Bu buzlaqlardakı suyun həcmi nəzəri cəhətdən dənizin səviyyəsini 5 metr qaldıra bilər.

Tədqiqatçılar NASA peykinin köməyilə alınmış məlumatları təhlil edərkən buzlağın səthində yaranmış dəyişiklikləri dəyərləndiriblər. Onlar bunu iqlim modellərinin nəticələri ilə birləşdiriblər. Bu zaman buzlağın səthində yaranan buzla əriyən buz arasında sürəti müqayisə ediblər.

Qlyasioloqların (buzlaşmanı öyrənənlər) qiymətinə görə 2002-ci il aprelindən 2016-cı ilin sentyabrına kimi hər iki buzlaq 18,5 milyard ton buzlaşmış su itirib. Bu, dənizin səviyyəsinin 0,7 millimetr artmasına bərabərdir.

Hərçənd Antarktidanın şərq hissəsi başqa buzlaqlarla müqayisədə iqlim dəyişikliyi üçün ən az zərər görən yer hesab olunur.
Moderator.az