Dillər

ZÜLFÜQAR ƏHMƏDZADƏ – 120

tedbir1.jpg

04 oktyabr Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda Azərbaycanın ictimai-siyasi xadimi, maarifçi, publisist, şair, talışdilli ədəbiyyatın banisi Zülfüqar Əhmədzadənin 120 illik yubileyi keçirildi. “Aləm” jurnalının təşkilatçılığı ilə keçirilən yubiley tədbirini İlqar Fəhmi açıq elan etdi. Daha sonra tədbirə aparıcılıq edən Rəzzaq Xansıvo ilk olaraq özü böyük şair haqqında apardığı araşdırmalarını qeyd etdikdən sonra tədbir qonaqlarına söz verdi. İlk olaraq tədbirin təşkilatçısı və “Aləm” jurnalının baş redaktoru, şair Vuqar Həmati qonaqları salamladı. Sonra uzun illərdi Zülfüqar Əhmədzadə yaradıcılığını geniş tədqiq edən Hilal Məmmədov geniş çıxış etdi. Repressiya qurbanı olmuş şairin çətin və bir o qədər də zəngin həyat yolundan danışdı və qonaqlara 25 il öncə çap etdirdiyi Zülfüqar Əhmədzadənin uşaq şeirlərindən ibarət olan “Kırınqo” kitabını hədiyyə etdi. Tədbirdə Zülfüqar Əhmədzadənin nəvələri Seymur Əhmədzadə və Rəşad Əhmədzadə də iştirak etdilər və babaları haqqında böyüklərindən eşitdikləri xatirələrdən danışdılar. Tədbirdə Oqtay Rza, Xanəli Talış, Şahin Həmidi, Camal Lələzoə, Allahverdi Bayrami və digər şairlər çıxış etdilər. Həmçinin “Tolışon Sədo” qəzetinin baş redaktoru Rafiq Cəlilov və “Dodo” qəzetinin baş redaktoru İradə Məlikovaya da söz verildi. Bir çox qonaqların çıxışından sonra tədbir sona çatdı. Tədbir iştirakçılarına Zülfüqar Əhmədzadənin 120 illik yubileyi ilə əlaqədar olaraq nəşr olunan “Aləm” jurnalının xüsusi sayı təqdim olundu.

Aytən Eyvazon

tedbir2.jpg

tedbir3.jpg

 

tedbir4 (2).jpg