Ermənilər Azərbaycan şəhərlərini vurmaqla təhdid edir - XİN

hikmet-haciyev.jpg

Azərbaycan ərazilərini işğal altında saxlamaq azmış kimi, Ermənistan ianə olaraq qəbul etdiyi “İskander” taktiki-operativ raketləri ilə dövlət başçısı səviyyəsində Azərbaycanın şəhərlərini vurmaqla təhdid edir və bununla öyünməkdən utanmırdı.

Ardını oxu...

“Varlılar üçün vergi artırılmalıdı, kasıblar vergidən azad edilməlidi” – Video

Capture-14.jpg

“Vergi qanunvericiliyində və inzibatçılığında islahatlara ehtiyac var. Əsas islahat Avropada olduğu kimi Azərbaycanda varlılar üçün vergi artırılmalıdı, kasıblar az vergi ödəməli və ya vergidən azad edilməlidi”.

Ardını oxu...

Paşayeva: Suriyadan ermənilər Qarabağa köçürülür – Video

1528485551_qenire-bmam.jpg

Millət vəkili Qənirə Paşayeva Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin (BMAM) "Ermənistanın Cənubi Qafqazda etnik separatizm siyasəti və regionun təhlükəsizliyi" mövzusunda keçirdiyi beynəlxalq konfransda iştirak edib.

Ardını oxu...

İrəvana birlikdə səyahət edək - Orta əsrlərin xarabalığı - VİDEO

photo_2505.jpg

Azərbaycana qeyri-rəsmi şəkildə müharibə elan etmiş bir dövlətidə baş verən hadisələri diqqətdə saxlamaq hər birimizin vətəndaşlıq borcudur. Bu gün biz torpaqlarımızın 20 faizini işğal etmiş, 1 milyondan çox vətəndaşımıza didərgin həyatı yaşadan bir dövlətin paytaxtına virtual səyahət edəcəyik. Bir daha əmin olacağıq ki, torpaqlarımızı ilhaq etməyə çalışan bir dövlət malik olduğu torpaqları belə düzgün idarə edə bilmir. Belə ki, paytaxt İrəvanın tam mərkəzində hökm sürən ab-hava qonşu dövlətin bataqlıqda olduğunu və bu bataqlıqdan uzun illər çıxa bilməyəcəyini bir daha sübut edir. Hadisələri qabaqlayaraq onu bildirmək istəyirik ki, bizi qınamağa tələsməyin. Bəli, Bakıda da Sovetski, Kubinka deyilən xoşagəlməz yaşayış məskənləri var. Lakin dövlətimizin ardıcıl həyata keçirdiyi quruculuq-abadlıq tədbirləri nəticəsində bu tip problemlərimiz tarixə çevrilməkdədir. Təkcə onu demək kifayətdir ki, Sovetskidəki gecəqonduların yerinə inşa edilən ərazidə Avropada ilk dəfə körpünün üstündə park salınacaq.

Ardını oxu...

Ramil Usubov müğənni Kərimin videosu ilə bağlı tapşırıq verdi: Rəisin "başı dərddə" - VIDEO

1528302763_kerim_abbasov.jpg

Tanınmış müğənni Kərim Abbasovun polis bölməsində onun barəsində nalayiq fikir bildirən sosial şəbəkə istifadəçilərini üzr istətdirməsi və bu görüntüləri əks etdirən videonu yayması ilə bağlı araşdırmalara başlanılıb.

Ardını oxu...

Əflatun Amaşov: “Kimlərsə mütləq getməlidir, biz gəlməliyik" prinsipi heç vaxt xeyir gətirməyib”

Eflatun Amasov

Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşovun APA-ya müsahibəsi:

Ardını oxu...

Başçıların isti yayı başladı - sensasion təyinatlar və işdən çıxarılmalar

Cəbhə bölgəsinin və paytaxtın icra başçıları dəyişdirilir - “bərkidilmə prosesi” başlayıb; Gədəbəydən sonra Ağdamın da icra başçısı vəzifədən çıxarıldı; həm sərhəd, həm işğal bölgəsi rayonlarında yerli komandanı daha möhkəmləndirmək, daha səriştəli kadrları vəzifəyə təyin etmək prosesi başlayıb

Ardını oxu...

Məşur erməni yazıçıdan Ermənistanı silkələyəcək müraciət: "Elə bilrsiniz Qarabağ sizindi?" - VİDEO

1528629060_f9aefd4ec7734c02f6711981189102e5.jpg

"Literaturnaya Kanada" almanaxının baş redaktoru, İngiltərə Yazıçılar İttifaqının üzvü, Ukrayna Jurnalistlər İttifaqının üzvü, yazıçı Vaaqn Karapetyan Ermənistan ermənilərinə müraciət edib.

Publika.az xəbər verir ki, o, müraciətində Ermənistanda vəziyyətin günü-gündən ağırlaşdığını, əhalinin sürətlə ölkədən köçdüyünü bildirib. Yazıçı müraciətində Qarabağ probleminə də toxunub və söyləyib ki, ermənilər Qarabağın onların olduğunu düşünürlər. Halbuki bu Rusiyanın tələyə qoyduğu pendirdi.

Video müraciətin tam versiyasını təqdim edirik:

İşdən çıxarılan icra başçısı danışdı:"Bu, mənim üçün şərəfdir"

000002_1528304400.jpg

Xəbər verdiyimiz kimi, prezident İlham Əliyev imzaladığı sərəncamla Ağdam rayonunun icra başçısı Raqub Allahverdi oğlu Məmmədovu vəzifəsindən azad edib.
Tolpress.az xəbər verir ki, yenicag.az-a açıqlama verən Məmmədov işdən çıxarılmasına münasibət bildirib:

“Allah prezidentimizin canını sağ eləsin. Allah İlham Əliyevi xalqımızın başının üzərindən əskik etməsin. Sərəncamla gəlib işlədim. Ləyaqətlə çalışdım, camaata xidmət etdim, rayonumuzda böyük işlər gördüm. Bu gün də ölkə prezidentinin sərəncamı ilə işdən çıxarılmışam. Mənim üçün bu şərəfdir. Əslində, qeyri-adi heç nə yoxdur. Bundan sonra da nə qədər ömrüm var, Azərbaycan xalqı üçün çalışacağam. Lazım gələrsə, bir zabit kimi silah götürüb döyüşə də getməyə hazıram. Yeni təyinat olarsa, canla-başla çalışaram”.

Müharibədən qorxan İrəvan əraziləri qaytarır? - Mnasakanyan AÇIQLADI

1528460194_mnasakanyan.jpg

Ermənistanın xarici işlər naziri Zoqrab Mnasakanyan Rusiyanın "Kommersant” nəşrinə müsahibəsində Dağlıq Qarabağ münaqişəsindən və ərazilərin qaytarılması ehtimalından danışıb.

Publika.az xəbər verir ki, nəşrin "İrəvandan Qarabağ münaqişəsinin nizamlanmasında yeni yanaşmalar gözləmək olarmı? Güzəştlər olacaqmı, xüsusilə 2016-cı ildə "aprel müharibəsi”ni xatırlayarkən...” sualına cavabında Mnasakanyan "Bizdə 2016-cı ilin "aprel müharibəsi”nin ağır amili qalır, həmçinin, danışıqların dinamikası və ATƏT-in Minsk qrupu formatı var”, - deyə cavab verib.

Ardını oxu...

Xırdalanda “parkovşik”lərin küçə döyüşü – VİDEO

d0706201801.jpg

Xırdalanın mərkəzində avtomobil dayanacağında gözətçi işləyən iki kişi əlbəyaxa davaya çıxıb.

Tolpress.Az Criminal.az-a istinadən xəbər verir ki, hadisə Xırdalan şəhərində, bazarın qarşısında baş verib.

Yol kənarında avtomobil dayanacağında gözətçi kimi pul yığan iki kişi yer üstündə davaya qalxıb. Onları yol polisi sakitləşdirsə də, kişilər yenidən davalarına davam ediblər.

9 -dən səhifə 22