Erməni general: Allah eləsin ki, sülh olsun, yoxsa...

1464327624.jpg

Qarabağ klanı Ermənistanın Baş naziri Nikol Paşinyana qarşı açıq etiraza başlayıb.

Axar.az xəbər verir ki, ilk etirazı erməni general Arkadi Ter-Tadevosyan dilə gətirib. Belə ki, Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahında baş verən dəyişikliklərə Tadevosyan etiraz edib.

Tadevosyanın fikrincə, Baş Qərargahın yeni rəisi Artak Davtyan Ermənistan ordusunu idarə etmək üçün peşəkar kadr deyil. Tadevosyan bununla özünün həmyerlisi olan Movses Akopyanın Baş Qərargahın rəhbərliyindən göndərilməsinə qarşı çıxıb.

Tadevosyan bu addımın Paşinyana Qarabağ konfliktini həll etməyə yardım etməyəcəyini deyib. Tadevosyan müsahibəsi zamanı həmçinin “Allah eləsin ki, sülh olsun və hər şey yaxşı olsun” ifadələrini də dilə gətirərək, Ermənistanın Azərbaycan qarşısında dayanmaq imkanının olmadığını etiraf edib.

Erməni general Paşinyanın oğlunun Qarabağa göndərilməsinin digər məmurlara təsir edəcəyinə inanmadığını da deyib.

Qeyd edək ki, Akopyan əslən Qarabağdandır. Xocalı soyqırımının iştirakçılarından biri olan Akopyan Qarabağda uzun müddət müxtəlif vəzifələrdə çalışıb. Akopyan Serj Sərkisyana xüsusi yaxınlığı ilə seçilir.

Azərbaycanda beyin ölümü faktı belə TƏYİN EDİLƏCƏK

milli meclis

Beyin ölümü faktının təyin edilməsi  ölümün baş vermə  tarixi, saatı, ölümün necə təyin olunması qaydası müəyyənləşib.

Modern.az-ın məlumatına görə, bununla bağlı  “İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında” qanunun 10-cu maddəsinə (Meyitdən və ya ölüm vəziyyətində olan şəxslərdən transplantasiya məqsədi ilə orqan və toxumaların götürülməsi vaxtının müəyyən edilməsi) dəyişiklik təklif olunur.


Dəyişikliyə görə, bioloji ölüm qərarı mütəxəssis həkim briqadası tərəfindən ölümü təsdiq edən inkaredilməz dəlillər əsasında  verilir. Həkim briqadası müvafiq  icrahakimiyyəti orqanı tərəfindən müəyyən edilir və ən azı iki mütəxəssisdən ( neyrocərrah (və ya nevropatoloq), anestezioloq və reanimotoloq) ibarət olur.


Beyin ölümü faktının təyin edilməsi  ölümün baş vermə  tarixi, saatı, ölümün necə təyin olunduğu ( hansı test, müayinə üsulu) göstərilməklə protokollaşdırılır, ölümü təyin edən həkimlər tərəfindən imzalanır və möhürlənir. Beyin ölümü faktının təyin edilməsi protokolu  donor orqanının alındığı tibb müəssissəsində 15(on beş) il saxlanmalıdır.

Qanun layhəsinə dəyişiklik Milli Məclisin Səhiyyə komitəsinin iclasına çıxarılır.

Rusiyada nə qədər azərbaycalı var? Yeni siyahı açıqlandı

Kreml00

Rusiya demoqraflarının yeni hazırladıqları nəşrdə Rusiyada yaşayan keçmiş mütəffiq xalqlara mənsub insanların sayı ilə bağlı rəqəmlər yer alıb.

Qaynarinfo xəbər verir ki, həmvətənlərimizin 5-ci olduğu siyahıda ermənilər 3-cüdür.

Ardını oxu...

Müdafiə Nazirliyi MAXE olmaq istəyənlərə müraciət etdi

Mudafie-nazirliyi.jpg

Müdafiə Nazirliyinin hərbi hissələrinə müddətdən artıq həqiqi hərbi xidmətə könüllü daxil olmaq arzusunda olan ən azı ümumi orta təhsilli, qanunla müəyyənləşdirilmiş müddətli həqiqi hərbi xidmətini başa vurmuş, 28 yaşınadək hərbi vəzifəlilər iyunun 20-dək müvafiq sənədlərlə birlikdə Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində, eləcə də hərbi birliklərin qərargahlarında fəaliyyət göstərən qəbul komissiyalarına müraciət edə bilərlər.

Ardını oxu...

İranla savaşda İsrailə kömək etməyəcəyik - NATO-dan şok bəyanat

Yens-S.jpg

Yens Stoltenberq "Spiegel" jurnalına müsahibəsində İranla silahlı münaqişə yaranacağı halda alyansın İsrailə kömək etməyəcəyini bildirib.

Teleqraf.com-un "RİA Novosti"yə istinadən xəbərinə görə, Stoltenberq deyib ki, NATO İsrailə tam təhlükəsizlik qarantiyası verə bilməz. Onun sözlərinə görə, İsrail NATO-nun tərəfdaşı olsa da, üzvü deyil.

Ardını oxu...

Sanki jurnalistin boynuna hər şeyi qoymaq olar

Eflatun-Amasov.jpg

Əflatun Amaşov,
Mətbuat Şurasının sədri


Rusiyanın Xarici İşlər Nazirliyinin Mətbuat və informasiya departamentinin direktor müavini Artyom Kojinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ona ünvanlanmış suala cavabının sonradan təhrif edilməsi hiddət doğurur. Bu, bilərkəndən edilib. Başqa cür düşünmək üçün əsas yoxdur. Məsələ ilə bağlı Rusiyanın Azərbaycandakı Səfirliyinə, Rusiyanın jurnalist təşkilatlarına və ölkənin Xarici İşlər Nazirliyinə müraciət etməyi planlaşdırırıq.

Ardını oxu...

Bakı-Şamaxı-Göyçay yolunda çətin durum; Minlərlə insan təlaşda - ŞƏRH ƏVƏZİ

sel001.jpg
Az öncə Bakı-Şamaxı-Göyçay və əks istiqamətdə marşrut üzrə hərəkətdə olan minlərlə insanın çətin vəziyyətə düşməsi barədə araz.az xəbər portalına xəbər daxil oldu. Məlumata görə, bu dəqiqələrdə minlərlə avtomobilin sürücüsü və elə bir neçə min də yol yolçusu çox böyük narahatçılıq içindədir.

Ardını oxu...

Saytların bloklanması qərarı qüvvədə saxlanılıb

1528108750_ali-m-1.jpg

Ali Məhkəmədə Mehparə Əhmədovanın sədrliyi ilə "Azadlıq Radiosu"nun azadliq.org, "Azadlıq" qəzetinin azadliq.info saytlarının, habelə xaricdən yayımlanan “Turan” TV-nin və "Azərbaycan saatı" verilişinin bloklanması ilə bağlı kassasiya şikayətinə baxılıb.

Ardını oxu...

Azərbaycanlı əsiri evində qul kimi işlədən - ERMƏNİ GENERAL BUNU DA ETDİ

photo_286527.jpg

Ermənistanda Qarabağ müharibəsində azərbaycanlılara qarşı soyqırımı törətməsi ilə məşhur olan general Manvel Qriqoryan Paşinyanı devirmək üçün hərəkətə keçib.

Manvel Qriqoryanın göstərişi ilə Eçmiədzində küçələrə şlaqbaumlar quraşdırılıb.

Ardını oxu...

Erməni kəşfiyyatçı: Azərbaycan Ermənistanı iki böləcək

fdsfsdfsf.png

“Azərbaycan ordusu Göyçə və Dərələyəz mahallarını nəzarətə götürəcək”

Ermənistanda hərbi kəşfiyatçı Vova Vartanov iddia edib ki, Azərbaycan ordusu Naxçıvan və Gədəbəydən hücum etməklə Göyçə və Dərələyəz mahallarını nəzarətə götürəcək.

Tolpress.az İstiPress-ə istinadən məlumatına görə, Vartanov Ermənistanın “1in.am” portalına müsahibə verərək, Azərbaycan ordusunun Naxçıvanda mövqelərini 5 kilometr irəli çəkməsinin səbəblərini şərh edib.

Ardını oxu...

Lənkəranda AXC-nin 100 illiyi münasibəti ilə tədbir keçirilib

product_1527174443.jpg

Ardını oxu...

10 -dən səhifə 22